breaking news New

2019-İslam mədəni irsi ili

İslam, Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) İslam ölkələri mədəniyyət nazirləri konfransının qərarına uyğun olaraq 2019-cu ili “İslam mədəni irsi ili” elan edib.

Mədəniyyət Nazirliyinin məlumatına görə, ISESCO öz bəyanatında üzv dövlətləri bu əlamətdar hadisənin bayram edilməsi üçün bütün zəruri tədbirləri görməyə çağırıb. Təşkilat maddi və qeyri-maddi mədəni irsin xalqların tarixi yaddaşının və adət-ənənələrinin qorunub-saxlanılmasında əhəmiyyətini vurğulayıb.

“İslam mədəni irsi ili” çərçivəsində müsəlman ölkələrində mədəniyyətin inkişafında töhfə olan tarixi-memarlıq abidələrinin, rəssamlıq şedevrlərinin, əlyazmalarının, sikkələrin, İslam rəmzləri və müasir detalların təbliğinə xüsusi diqqət yetiriləcək.Təşkilat müsəlman ölkələrinə maddi və qeyri-maddi mədəni irs sahəsində mütəxəssislər hazırlanması, onların peşə, texniki və elmi bilik bacarıqlarının artırılması üzrə təkidlə müraciət edib.

Bununla yanaşı, il ərzində sözügedən mövzuya həsr olunmuş “Açıq qapı” günləri keçiriləcəkdir.

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register