breaking news New

Texasda kilsəyə hücumda azı 26 nəfər ölüb

Bazar günü silahlı şəxsin kilsədə atəş açması nəticəsində azı 26 adam həlak olub, rəsmilər bildirirlər.

Hücum Texasın Sazerland Sprinqs şəhərciyində baş verib. Məlumatlara görə, yerli vaxtla 11:30 (GMT 17:30) radələrində hücum edən silahlı şəxs öldürülüb.

Texas ştatının İctimai Təhlükəsizlik Şöbəsinin regional direktoru Freeman Martindeyib ki, qurbanlar 5-72 yaş arasında olub.

Rəsmilər yaralanmış azı 20 nəfərin xəstəxanaya yerləşdirildiyini bildiriblər.

Cənab Martin şübhəlini qara rəngli ballistik jilet, eləcə də taktiki-tipli mexanizm geyinmiş 20 yaşlı ağdərili kişi olduğunu deyib.

Regional direktor Martinin sözlərinə görə, silahlı şəxs əvvəlcə kilsənin çölündə atəş açmağa başlayıb, daha sonra içərisinə daxil olub.

Yerli vətəndaş “tüfəngi götürərək şübhəli şəxsə atəş açıb”, şübhəli isə avtomobillə qaçıb, rəsmilər açıqlayıblar.

Vətəndaş şübhəlini izləyib və şübhəlinin maşını yoldan çıxaraq qəzaya uğrayıb. Polis şübhəlini avtomobildə ölü tapıb. Onun intihar etdiyi, yoxsa, vətəndaşın açdığı güllə nəticəsində həlak olduğu aydın deyil.

ABŞ mətbuatı hücumçunun 26 yaşlı Devin P Kelley olduğunu yazsa da, polis hələ şübhəli şəxsin şəxsiyyətini təsdiq etməyib.

Hücumun baş verdiyi İlk Baptist Kilsəsinin pastoru Frank Pomeroy ABC News-a müsahibəsində deyib ki, onun 14 yaşlı qızı Annabelle hücum zamanı həlak olub.

Şerif Joe Tackitt bildirib ki, hakimiyyət orqanları hadisə yerində işləyirlər və ölənlərin heç birinin adı bilinmir.

Rəsmilər qeyd edib ki, 23 nəfər kilsənin içində, 2 nəfər isə çölündə öldürülüb. Daha bir nəfər xəstəxanada həyatını itirib.

Federal Təhqiqatlar Bürosunun (FTB) San Antonio filiali bildirib ki, hücümçunun hadisəni niyə törətdiyi, onun hücumu törədərkən tək olub-olmadığı hələlik bilinmir.

Hazırda Asiyada turnedə olan prezident Donald Trump hadisəni “şər aktı” adlandıraraq pisləyib.

Ötən ay Las-Vegas şəhərində silahlı şəxsin açıq havada keçirilən musiqi festivalına atəş açması nəticəsində 58 nəfər ölüb, yüzlərlə insan yaralanıb. Bu hücum ABŞ tarixində ən böyük silahlı hücum kimi qiymətləndirilmişdi.

Mənbə: bbc.com 

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register