Füzuli Musayev Ciu-Citsu Federasiyasının vitse – prezidenti seçilmişdir.

19 iyun 2019 tarixində Ciu-Citsu Federasiyasının idarə heyətinin Fövqəladə Hallar Nazirliyinin İdman – Sağlamlıq klubunda müşavirəsi keçirilmişdir.
Müşavirədə çıxış edən Ciu-Citsu Federasiyasının prezidenti Mir-Əli Seyidov Hüquq Mühafizə orqanları arasında idman əlaqələrinin və əməkdaşlığın yaradılması, bu orqanlarda peşə hazırlığının tərkib hissəsi olan xidməti-tətbiqi idman növlərinin inkişaf etdirilməsi və beynəlxalq miqyaslı tədbirlərdə layiqincə təmsil olunması məqsədilə, müvafiq departamentin yaradılmasını və bu departamentə rəhbərliyə dəvət edilməsi üçün Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq klubunun rəisi, polkovnik Füzuli Musayevi Vitse Prezident vəzifəsinə təklif etdi.
Federasiyanın qurum rəhbərləri və idarə heyəti üzvləri Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq klubunun rəisi, polkovnik Füzuli Musayevin namizədliyini dəstəkləyərək, yekdilliklə səs verdilər.
Beləliklə, Füzuli Musayev Ciu-Citsu Federasiyasının vitse – prezidenti və yaradılan departamentin rəhbəri seçilmişdir.