breaking news New

ABŞ-da 3 yaşlı uşaq silahdan açılan atəşin qurbanı olub

Amerikanın Arkanzas ştatının paytaxtı Litl-Rok şəhərində 3 yaşlı uşaq odlu silahdan açılan atəşin qurbanı olub. Uşaq nənəsi ilə avtomobildə gedərkən, sürücülərdən biri qadının svetoforda ləngiməsindən əsəbiləşərək onlara atəş açıb.

Təcavüzkardan xilas olmaq üçün yaşlı qadın dərhal hadisə yerindən uzaqlaşıb, lakin bir qədər sonra o nəvəsinin güllə ilə yaralandığını aşkar edib. Həkimlər uşağın həyatını xilas edə bilməyiblər.

Yerli polis rəhbəri Kenton Bakner hadisə barəsində: “Son ay ərzində bu ikinci belə hadisədir ki, uşaq avtomobildə gedərkən odlu silahdan açılan atəşin qurbanına çevrilir. Bu vəziyyət həm biz polisləri, həm də bütövlükdə cəmiyyəti narahat edir.”

Noyabr ayının sonunda baş vermiş əvvəlki buna oxşar hadisədə 2 yaşlı qiz uşağı qətlə yetirilmişdi. Cinayətkarların heç birisi bu günə qədər tapılmayıb. Yalnız o məlumdur ki, sonuncu hadisəni törədən qara dərili olub.

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register