breaking news New

Avropa İttifaqında ən aşağı minimal əməkhaqqı olan ölkə Bolqarıstandır

Bolqarıstan Avropa İttifaqında (Aİ) 286 avro ilə ən aşağı minimal əməkhaqqı olan ölkədir. Bu məlumat Avropanın statistika agentliyinin (Avrostat) 2019-cu il yanvar məruzəsində yer alıb. Rumıniyada minimal əməkhaqqı 446 avrodur. Avrostatın məlumatına görə, Aİ ölkələrinin 9-da minimal əməkhaqqı ayda 400-600 avro civarında dəyişir. Bunların hamısı Şərqi Avropa ölkələridir. Məsələn, Çexiya və Slovakiyada bu rəqəm 519-520 avro təşkil edir. Cənubi Avropada isə minimal əməkhaqqı ayda 650 avrodan – 1100 avroya kimi dəyişir. Yunanıstanda 684 avro, İspaniyada isə bu rəqəm 1050 avroya bərabərdir.

 

Mənbə: azərtac

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register