Avtomobil qəzalarında yenə iki gənc piyada dünyasını dəyişdi

Paytaxtda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Nəsimi Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Bülbül prospektində Bakı şəhər sakini Rəhim Kərimov idarə etdiyi 90-AA- 669 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobillə piyada 1996-cı il təvəllüdlü Rüfət Allahverdiyevi vurub.

Ağır bədən xəsarətləri alan 20 yaşlı gənc xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. R.Kərimov orada dünyasını dəyişib.

ANS PRESS-in qafqazinfo-ya istinadla verdiyi məlumata görə, Rüfət Allahverdiyev ADA universitetinin tələbəsi olub.

Onun atası Elbəy Allahverdiyev daha əvvəl Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsində çalışıb.

rufet

Piyadanın ölümü ilə nəticələnən sonuncu belə fakt ötən gün Sabunçu rayonu ərazisində baş verib. Bakı şəhər sakini Babək Rəhimov idarə etdiyi “Mercedes” markalı avtomobillə (evakuator) yolu keçən 1993-cü il təvəllüdlü Tahirə Kamil qızı Tahirovanı vurub. Dərhal 3 saylı Şəhər Xəstəxanasına çatdırılan qadın orada dünyasını dəyişib.

Hər iki faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register