breaking news New

Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu dəfn edilib

Ermənistan silahlı qüvvələrinin bölmələrinin martın 26-da cəbhənin Füzuli rayonu istiqamətində mövqelərimizi atəşə tutması nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Əlləz Ələddin oğlu Əlləzov doğulub boya-başa çatdığı Qazax rayonunda dəfn edilib.

Dəfn mərasimində Qazax Rayon İcra Hakimiyyətinin, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhidin ailə üzvləri, yaxınları, komandirləri və əsgər yoldaşları, həmçinin rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət bayrağı şəhidin atasına təqdim edilib. Yaylım atəşindən sonra Əlləz Əlləzov Yuxarı Salahlı kənd qəbiristanlığında dəfn olunub

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register