breaking news New

Azərbaycanda “Kibertəhlükəsizlik həftəsi” keçiriləcək

Azərbaycanda “Kibertəhlükəsizlik həftəsi” keçiriləcək.

Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) bununla bağlı təşkil etdiyi mətbuat konfransında bildirilib.

 Qeyd edilib ki, kibertəhlükəsizlik sahəsində əlaqəli fəaliyyətin səmərəliliyinin və maarifləndirmə səviyyəsinin artırılması, habelə ümummilli hazırlığın yüksəldilməsi üçün Azərbaycanda ilk dəfə olaraq 11-15 mart tarixlərində NRYTN tərəfindən beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” keçiriləcək.

“Kibertəhlükəsizlik həftəsi” çərçivəsində aidiyyəti qurumlarla birgə “Regional İnternet İdarəçilik Forumu”, “Hackaton” müsabiqəsi, “Kibertəhlükəsizlik Həlləri üzrə Seminar”, “Dayanıqlı və Təhlükəsiz Bulud Mühiti”, “İSO 27001” üzrə “Sertifikatlaşdırma”, “Azərbaycan Respublikasında CERT xidməti: Kibertəhlükələr və onların mühafizə üsulları” respublika elmi-praktiki seminar və bu kimi mövzularda tədbirlər təşkil ediləcək.

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register