breaking news New

BƏƏ məktəblilər üçün onlayn-təhsil layihəsini test edir

Birləşmiş Ərəb Əmirliklərinin Bilik və İnsan İnkişafı Məsələləri üzrə İdarəsi “Dwight Global Online School” məktəbində onlayn-təhsil üçün ilk lisenziyanı təqdim edib.

 Bu təşəbbüs “Dubay 10X” proqramında nəzərdə tutulan “Rahhal” layihəsinin tərkib hissəsidir. Məsələ bundadır ki, tezliklə BƏƏ-də uşaqları onlayn-təhsilə keçirmək imkanı yaradılacaq. İlkin məlumata görə, belə təhsil adi təhsildən xeyli ucuz olacaq.

Bilik və İnsan İnkişafı Məsələləri üzrə İdarənin Yaradıcılıq, xoşbəxtlik və innovasiyalar şöbəsinin rəisi Hind Əl Mualla bildirib ki, virtual təhsil təşəbbüsü doqquz ay ərzində test formatında həyata keçiriləcək.

 

“Dwight Global Online School” 7-12-ci sinif şagirdləri üçün onlayn-təhsil təklif edir. Proqramda standart fənnlər dəsti nəzərdə tutulub, lakin təhsil prinsipinin özü adi məktəbdəkindən fərqlənir. Yeni model özündə təhsilin müxtəlif komponentlərini – real zaman rejimində dərsləri, virtual sinifləri, videonu, qabaqcadan yazılmış mühazirələr və seminarlar əsasında təhsili və s. birləşdirir. Bundan əlavə, seminarlar adi məktəbdəki kimi hər gün deyil, həftədə iki-üç dəfə keçirilir. Onları yazmaq və sonra gözdən keçirmək olar.

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register