breaking news New

Bakı Mühəndislik Universitetinin əməkdaşları Sumqayıt Kimya Sənaye Parkında olublar

Bakı Mühəndislik Universitetinin (BMU) nümayəndə heyəti “Sumqayıt Kimya Sənaye Parkı” MMC-də olub. Səfər tərəflər arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində reallaşıb.

Yerli KIV xəbər verir ki, İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin direktoru Nazim Talıbov qonaqlara Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan sənaye parklarının bu günü və gələcək hədəfləri haqqında ətraflı məlumat verib. Bildirilib ki, Sumqayıt Kimya Sənaye Parkının ərazisində prioritet sənaye sahələri üzrə rəqabətqabiliyyətli məhsullar istehsal edən müəssisələr fəaliyyət göstərir. İstehsal olunan məhsullar daxili bazarın tələbatını ödəməklə yanaşı, xarici bazarlara da ixrac edilir.

Nazim Talıbov qeyd edib ki, Sumqayıt Kimya Sənaye Parkının ərazisində ölkəmizdə ilk dəfə şüşə istehsalı müəssisəsi inşa olunur. O, tələbələrin təcrübə keçmələrinin önəmindən söz açıb, bu sahədə dünya təcrübəsindən nümunələr gətirib.

Bakı Mühəndislik Universitetinin rektoru, professor Havar Məmmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə hər sahədə sürətli inkişafın olduğunu diqqətə çatdırıb. Son illərdə fəaliyyətə başlayan müasir texnologiyalı sənaye müəssisələrində bilikli kadr potensialına ehtiyac duyulduğunu vurğulayan rektor, BMU-nun sənaye müəssisələri, xüsusilə sənaye parkları ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib.

Qeyd edilib ki, BMU–da sənaye müəssisələri üçün mühəndislik və iqtisadiyyat ixtisasları üzrə müasir nəzəri bilikli kadr hazırlığı həyata keçirilir və universitetin gələcəkdə sahibkarlıq universitetinə çevrilməsi yönündə mühüm işlər görülür.

Görüşdə İqtisadiyyat Nazirliyinin sənaye şöbəsinin müdir müavini Fikrət Qurbanov, İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktor müavini Arzu Hüseynova və digərləri universitet–sənaye əlaqələrinin inkişafının ölkə iqtisadiyyatına verəcəyi töhfələrdən danışıblar. Bildirilib ki, Bakı Mühəndislik Universitetinin innovativ texnologiyalı laboratoriyaları və müasir bilikli akademik heyəti var. Bu baxımdan universitet sənaye müəssisələri ilə əməkdaşlıq çərçivəsində tələb olunan səviyyədə kadr hazırlığını həyata keçirə bilər.

Tədbirin sonunda iştirakçılar “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin ərazisində yerləşən müəssisələr və istehsal prosesi ilə tanış olublar.

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register