breaking news New

Bakıda lift və eskalatoru olan daha bir yerüstü piyada keçidi olacaq

Xətai rayonu, Neapol küçəsində yerüstü piyada keçidinin inşası davam etdirilir.

Bu barədə  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

Onun sözlərinə görə, uzunluğu 76 metr, eni isə 3.6 metr olan keçidin yol səviyyəsindən hündürlüyü 9.4 metrdir. Keçidin dayaqlarının üçü də tam olaraq tikilib: “Piyada keçidi aşırım hissəsinin montajı üçün hazırdır. Hal-hazırda aşırım hissəsi zavod şəraitində hazırlanır. Tikinti işlərinin 65 faizi yerinə yetirilib”.

A.Nəcəfli bildirib ki, yeraltı keçiddə həm eskalator, həm də lift quraşdırılacaq ki, bu da əlil vətəndaşların keçiddən istifadəsini asanlaşdıracaq.

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register