breaking news New

Bakıda Rusiyanın istedadlı pianoçularının konserti olub

Beynəlxalq Muğam Mərkəzində Rusiyanın Əməkdar müəllimi, P.İ.Çaykovski adına Moskva Konservatoriyasında Mərkəzi Musiqi Məktəbinin fortepiano şöbəsinin müdiri Mira Marçenkonun tələbələrinin iştirakı ilə konsert proqramı keçirilib.

Konsert Bakı Media Mərkəzi, Təhsil Nazirliyi və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə “Simurq uşaq musiqi festivalı” çərçivəsində reallaşıb.

Festivalın keçirilməsində məqsəd istedadlı musiqiçiləri önə çıxarmaq, onlara dəstək olmaq, eləcə də ifaçılıq sənətində peşəkar bilik və bacarıqlar öyrətməkdir.

Azərbaycan tərəfdən festivalın təşkilatçısı, layihənin müəllifi və rəhbəri, tanınmış pianoçu Səidə Tağızadə və Rusiyanın Əməkdar müəllimi, P.İ.Çaykovski adına Moskva Konservatoriyasında Mərkəzi Musiqi Məktəbinin fortepiano şöbəsinin müdiri Mira Marçenko çıxış edərək konsert barədə fikirlərini bölüşüblər.

Konsertdə rusiyalı pianoçuların ifasında dünyanın tanınmış bəstəkarların əsərləri səsləndirilib.

Qeyd edək ki, ötən ilin oktyabr ayında “Simurq musiqi festivalı” çərçivəsində məşhur rusiyalı pianoçu Daniil Sayamovun solo konserti keçirilib.

 

Mənbə: azərtac

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register