Mühafizəçilərin Xüsusi Hazırlıq Kursu

Mühafizəçilərin xüsusi hazırlıq kursu

İndi, əvvəlkinə nisbәtәn, insanların həyat və əmlakı mühafizə xidməti əməkdaşlarından daha çox asılıdır. Sahibkarlığın yüksək sürətlə inkişaf etdiyi bir zamanda dövlət orqanları və xüsusilə də hüquq mühafizə orqanları tərəfindən hər bir fərdi şirkətin və xüsusi mülkiyyət obyektinin mühafizəsi qeyri mümkündür. Buna görə də, özəl mühafizə şirkətlərinin göstərdiyi xidmətdə gələcəkdə də böyük tələbat olacaq. Yüksək texnologiyaların və kompyüterlərin gündəlik həyatımıza və biznes sahəsinə inteqrasiyası 21-ci əsrin mühafizə xidmədi peşəkarları qarşısında yeni məqsədlər və tələblər qoydu. Bu gün onlar öz fəaliyyətini həm komputer cinayətkarlığı, həm də müasir terrorçuluğa qarşı yönəltməlidirlər, əlbəttə ki, adi gündəlik vəsifələrinin icrası ilə yanaşı olmaqla.

Təhsil və peşəkar treyninqlərin keçirilməsi mühafizə xidməti əməkdaşlarının, eləcədə, bütövlükdə mühafizə xidmətinin inkişafında böyük rol oynayır. Məhz buna görə, “Qeyri-dövlət (özəl) Mühafizə Fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 10 Aprel 2007-ci il tarixli 266 IIIQ saylı qanunun 9.1 bəndində göstərilir ki, yalnız mühafizəçilər üçün xüsusi hazırlıq kursunu bitirmis Azərbaycan Respublikasının vətəndasları mühafizəçi qismində işə qəbul oluna bilər.

Kursun müddəti: 15 gün (90 saat)

Kimlər üçün nəzərdə tutulub: özəl mühafizə xidmətinə işə qəbula namizədlər üçün

Məqsəd:  özəl mühafizə xidməti əməkdaşlarının xüsusi hazırlığı

Kursun nəticələri:

Bu kursun sonunda iştirakçılar aşağıdakı bacarıqlara nail olacaqlar:

  • Mühafizə xidmətinin fərdi və korporativ vəzifələrini və öhdəliklərini anlamaq
  • Obyektlərin, binaların, ofislərin və digər ərazilərin mühafizəsi üsullarını anlamaq
  • Şirkərin təhlükəsizlik siyasətini və prosedurlarını anlamaq
  • Keçidə nəzarət, CCTV, təxliyə, patrul keşiyi, şəxsin üstünün axtarışı, yanğın söndürmə, ilk yardım, əlbəyaxa döyüş və sair xüsusi mühafizə tədbirlərinin effektiv tətbiqi
  • Təhlükəsizliklə bağlı riskləri analiz etməyi və qiymətləndirməyi bacarmaq, düzgün mühafizə üsullarını seçmək

 

Keçirilən mövzular:

Təhlükəsizlik fəlsəfəsi

  • “Təhlükəsizlik” anlayışı
  • Sənayedə təhlükələr
  • “Risk” anlayışı
  • Riskin səviyyəsi
  • İtkilərin növləri
  • Özəl mühafizə xidmətinin əsas funksiyası
  • Mühafizə xidməti əməkdaşının rolu
  • Mühafizə xidməti əməkdaşının gündəlik vəzifələri
  • Mühafizə xidmətinin əsas prinsipləri
  • Mühafizə xidməti əməkdaşının imici
  • Mühafizə xidməti əməkdaşının şəxsi keyfiyyətləri
  • Özəl mühafizə xidmətinin növləri

Təhlükəsizlik Sistemi

  • Təhlükəsizlik sistemi
  • Fiziki baryerlərin məqsədi və növləri
  • Qanunsuz daxil olmanın qarşısını alan vasitə kimi fiziki baryerin təyinatı
  • “Dərinliyə müdafiə”
  • 1-ci Müdafiə Xətti (ərazinin perimetri)
  • Darvazalar
  • 2-ci Müdafiə Xətti (binanın perimetri)
  • Su axıdan borular
  • 3-cü Müdafiə Xətti (daxili müdafiə)
  • Qıfıllar və açarlar
  • İşıqlandırma
  • Xəbər edici elektron sistemləri
  • Aşkar edici sistemlərin funksiyası
  • Perimetr boyu daxil olmaq cəhdini aşkar edən sistem
  • Kamera-müşahidə sistemi (CCTV)

Xidmətin Aparılması

  • Keçidə nəzarət
  • Keçidə nəzarətin üç mərhələsi
  • Nəzarət-buraxılış və qonaqların qarşılanması məntəqəsində (Resepşn) xidmət aparan mühafizə xidməti əməkdaşının vəzifəsi
  • Şəxsi yoxlama
  • Qeyri-qanuni daxil olmaq cəhdinin məqsədləri
  • Şəxsiyyəti təsdiq edən sənədlər
  • Patrul keşiyi
  • “Gözlənilməz olmaq” prinsipi
  • Şübhəli əşyaların aşkar edilməsi
  • Partlayışın baş verəcəyi barədə hədələmə və ya xəbərdarlıq.
  • Təxliyə
  • Baş vermiş hadisələrin qeydiyyatı

Mühafizə xidmətində qanun və prosedur qaydalar

  • Mühafizəçinin hüquq və vəzifələri
  • Mühafizəçiyə qarşı qadağalar
  • Fiziki qüvvənin və ya xüsusi vasitələrin tətbiqi şərtləri və hüdudları
  • Mühafizə fəaliyyəti və insan haqlarına riayət olunması
  • Adi prosedurlar
  • Adi prosedurların məqsədi
  • Fövqəladə hadisə
  • Fövqəladə tədbirlərin planlaşdırılması
  • Fövqəladə prosedurların məqsədi
  • Məlumatın təhlükəsizliyi
  • Məlumatın qorunmasına dair standart tədbirlər
  • “Təmiz Stol” Siyasəti

Məlumat üçün telefon: (012)493-22-84

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register