breaking news New

Beynəlxalq Əl İşləri Sərgisi Florensiyada davam edir

İtaliyanın Florensiya şəhərində keçirilən 83-cü Beynəlxalq Əl İşləri Sərgisində Azərbaycanın nümayəndə heyəti təmsil olunur. Festivalda “Azərbaycan Xalq Yaradıcılığının 2018-2023-cü illər üzrə İnkişafına dair Strateji Fəaliyyət Planı”na müvafiq olaraq ölkəmizin mədəni sənaye məhsullarının stendi təşkil edilib.

Mədəniyyət Nazirliyindən  verilən məlumata görə, Azərbaycan stendinin ziyarətçiləri ölkəmiz haqqında xoş təəsüratları olduqlarını, Azərbaycanda olmaq istədiklərini bildiriblər. Xüsusilə Respublikamızın ecazkar təbiəti, teatr-tamaşa və konsert zalları, qeyri-maddi mədəni irsimiz, folklorumuzla tanış olmaq istəyən qonaqlara Azərbaycanın qoşulduğu mədəni marşrutlar barədə məlumatlar verilib.

Qeyd edirik ki, ölkəmizin xalq tətbiqi-dekorativ və təsviri sənət məhsulları, həmçinin milli-mədəni irsimiz barədə təbliğat materiallarından təşkil olunmuş Azərbaycan stendi ziyarətçilərin böyük marağına səbəb olub.

Festival çərçivəsində digər iştirakçı ölkələrin təmsilçiləri ilə mədəni sənayenin inkişafı, xalq tətbiqi sənət nümunələrinin ixrac potensialı barədə təcrübə mübadiləsi aparılıb.

Ölkəmizin sənətkarlıq məhsullarının özünəməxsusluğu bu sahədə fəaliyyət göstərən şirkətlərin də marağına səbəb olub. Belə ki, Roma Əl İşləri Sərgisinin prezidenti ölkəmizi qeyd edilən sərgiyə dəvət edib. Bununla yanaşı digər ölkələrin nümayəndələri də xalq yaradıcılığı sahəsində əməkdaşlıq arzusunda olduqlarını bildiriblər. Müxtəlif ölkələrdən olan qəzet və jurnal nümayəndələri, bloggerlər Azərbaycan mədəniyyəti barədə yazılar, materiallar hazırlayacaqlarını bildiriblər.

Sərgi 2 may tarixinədək davam edəcək.

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register