breaking news New

BP Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirinin Qiymətləndirilməsi sənədini açıqlayıb

Podratçı tərəflər adından operator kimi BP elan edir ki, D230 bloku üzrə kəşfiyyat işləri proqramı çərçivəsində seysmik tədqiqat işlərinin Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirinin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədi hazırlanıb və dərc edilib.Xəzər dənizinin Azərbaycan sektorunda Şimal Abşeron hövzəsində D230 blokunun birgə kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş 2018-ci ildə imzalanıb. ƏMSSTQ sənədinin layihə variantında kontrakt sahəsində aparılması planlaşdırılan üçölçülü seysmik tədqiqat işlərinin ətraf mühitə və sosial-iqtisadi sahəyə potensial təsirləri nəzərdən keçirilir və tövsiyə olunan təsirazaltma tədbirləri təsvir edilir.Seysmik tədqiqatın 100 – 800 metr arasındakı su dərinliklərində 3200 kvadrat kilometrlik ərazini əhatə edəcəyi gözlənilir.

Seysmik tədqiqat proqramının ümumi məqsədi Şimal Abşeron hövzəsində perspektiv strukturlar üzrə geofiziki məlumatlar toplamaq və karbohidrogenlər olan geoloji strukturları aşkar etməkdir.ƏMSSTQ prosesinin məqsədi nəzərdə tutulan işlərdən yarana biləcək hər hansı mənfi ekoloji və sosial-iqtisadi təsirləri müəyyənləşdirmək və minimuma endirmək, mümkün olduqda isə aradan qaldırmaqdır. Maraqlı tərəflərlə məsləhətləşmə ƏMSSTQ prosesinin mühüm elementidir.

Maraqlı tərəflərin rəylərinin toplanması və sənədləşdirilməsi prosesi əsas maraqlı tərəflərin ümumi rəylərinin layihənin planlaşdırılmasında və ƏMSSTQ-də əks etdirilməsini təmin edir.Sizi ƏMSSTQ sənədinin layihə variantına dair rəylərinizi və fikirlərinizi bildirməyə dəvət edirik.Azərbaycan və ingilis dillərində sənədin tam layihə variantı və qısa xülasəsi hazırlanıb və BP-nin vebsaytında yerləşdirilib

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register