breaking news New

Korporativ təhlükəsizlik və SƏTƏM barədə ümumi məlumat

Korporativ Təhlükəsizlik və SƏTƏM barədə ümumi məlumat

İnsan daha yüksək sosial təbəqələrə yüksəldikcə, yaşı və həyat təcrübəsi artdıqca, o, təhlükəsizlik məsələlərinə daha çox önəm verməyə başlayır, həyatda min bir əziyyətlə qazandığı maddi və mənəvi sərvətlərini hansısa gözlənilmədən baş vermiş hadisə və ya təhlükəsiz davranış nəticəsində itirmək istəmir.

Biz, ətrafımızda olan təhlükələri tam aradan qaldıra bilmərik. Çünki, insan yaşayırsa, fəaliyyət göstərirsə, onu mütləq müəyyən təhlükələr əhatə edəcək.

Həyat fəaliyyətinin təhlükəsizliyi məsələlərinə diqqət  son zamanlar artmaqdadır. Bu elm universitetlərdə də ayrıca fənn proqramı kimi artıq tələbələrə tədris olunur. Bir çox şirkət və müəssisələrdə  SƏTƏMM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi, Ətraf Mühit və Mühafizə) üzrə məsul şəxslər təyin olunur.

Amma sadəcə bunlar iş yerlərində və adi həyatda təhlükələrin aradan qaldırılmasına təminat vermir. İnsanların fəaliyyət göstərdikləri yerlərdə təhlükəsizlik mədəniyyətini yaratmaq çox vacibdir.

Bu sırada, mühafizə xidməti əməkdaşlarının maarifləndirilməsi və təkmilləşdirilməsi işi durmadan aparılmalıdır. Təhlükəsizlik mədəniyyəti hər bir mühafizəçiyə aşılanmalıdır.

Təklif olunan seminarda iştirakçılar təhlükəsizliklə bağlı risklərin qiymətləndirilməsi, mühafizəçilərin digər işçilərlə ünsiyyəti, mühafizə xidmətinin aparılmasında bəzi psixoloji məqamlar, qüvvədə olan qanunvericilikdə mühafizəçinin hüquq və vəzifələri, ofislərdə və iş meydançalarında təhlükəsizlik mədəniyyətinin yaradılması, eləcədə SƏTƏMM barədə ümumi məlumatı əldə edə biləcəksiniz.

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register