breaking news New

Dənizdə boğulmaq təhlükəsi artıq yoxdur!

Bu xüsusi cihazla dənizdə və hovuzda artıq təhlükəsiz üzə bilərsiniz.

Almaniyada suda boğulanların həyatını xilas edilməsi məqsədi ilə Ploota adlı yeni və unikal qadjet hazırlanıb. Bu qadjetin inkişafı ilə suda üzənlərin təhlükəsizliyi  keyfiyyətcə yeni səviyyəyə çata bilər. Bu qadjet boyuna taxılır və üzgüçünün suda davranışına nəzarət edir. Təhlükə anında Ploota qadjeti hava ilə dolur və təhlükəsizlik yastığına çevrilir. Qadjet üzgüçünün suda batıb-batmamasını müəyyən etməyə qadirdir və hətta üzgüçü huşunu itirsə belə, qadjet onu suyun üzərində 6 saata qədər saxlayacaq. Ploota həm avtomatik, həm də əllə, xüsusi düymə vasitəsilə aktivləşdirilə bilər.

ploota-water-safety-device (1)

ploota-3

PLOOTA_fatherandson-1-1030x687

Xüsusi kartriclər təhlükəsizlik yastıqlarının karbon qazı ilə doldurulmasını təmin edir.

Hazırda Ploota şirkəti qadjetlərin satışını internet vasitəsilə həyata keçirir. Qadjetin qiyməti 35 evrodur. Ploota qadjetlərinin geniş istehsalı yaxın gələcəkdə üç rəngdə nəzərdə tutulur.

Mənbə: www.ploota.de

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register