breaking news New

Kirayə ev götürmənin qızıl qaydaları

Müasir həyat bizdən mobillik tələb edir. Hər zaman hərəkətdə olmaq tez-tez yaşayış yerimizin dəyişməsini tələb edir.

  Home-and-Greenery Müasir həyat bizdən mobillik tələb edir. Hər zaman hərəkətdə olmaq tez-tez yaşayış yerimizin dəyişməsini tələb edir. Bir çox  hallarda biz ölkə xaricinə köçmək və orada kirayə mənzillərdə yaşamaq zərurəti ilə üzləşirik. Bəs tanış olmayan ölkədə təhlükəsiz və etibarlı mənzili  necə seçmək olar? Ümumiyyətlə yeni evə köçərkən nəyə diqqət yetirməliyik? Hansı qaydalara riayət etsək, özümüz və ailəmiz üçün rahat və təhlükəsiz şərait yaratmış olarıq? Kirayə haqda müqavilədə hansı müddəalar yer almalıdır? Bu məqalədə bütün bu suallara cavab tapmağa çalışacağıq.

Köçdüyünüz ölkənin hansı qitədə və regionda yerləşməsindən asılı olmayaraq ev kirayaləyərkən bir sıra problemlərlə üzləşə bilərsiniz. Bunlardan ən tez-tez rast gəlinənləri haqda aşağıda qısaca məlumat verəcəyik.

  • Hər bir şəhərdə nisbətən təhlükəli zonalar mövcuddur. Xüsusən də meqa­polislərdə ev kirayələyərkən evin yerləşmə zonasına diqqət yetirməlisiniz. Nisbətən sakit məkanda yerləşmiş və qonşularla əhatə olunmuş ev sizə uyğun ola bilər. Əgər ev deyil mənzil kirayələmək niyyətindəsinizsə yaxşı olar ki, seçiminizi mühafizə xidməti təmin edən binaların üzərində saxlayasınız. Və ya özünüz icarə götürəcəyiniz yaşayış sahəsini müvafiq mühafizə vasitələri ilə təmin edəsiniz.
  • Ev seçərkən sizi maraqlandıran ümumi parametrlərlə yanaşı mütləq evin təh­lükəsizlik səviyyəsinə də diqqət yetirin. Siqnalizasiya sistemi, kameralarla daimi müşahidə, tüstü detektorları və s. quraşdırıl­ması sizin təhlükəsizliyinizi təmin edə bilər.
  • Əgər hər hansı rieltor şirkətin xidmət­lərindən yararlanmaq fikrindəsinizsə, seçə­cəyiniz şirkət mütləq professional olmalıdır, yəni, etibarlı imicə malik olmalıdır. Qeyri-professional, başqa sözlə desək, “birgünlük” şirkətlərlə əməkdaşlıq acınacaqlı nəticələrə gətirə bilər. Beləki, bu tipli şirkətlər bir qayda olaraq əvvəlcədən alınmış ödəniş əsasında yalançı kirayə evlərin siyahısını təqdim edir, bir çox hallarda ev sahiblərinin bundan xəbəri belə olmur.
  • Əgər birbaşa əmlak sahibi ilə danışıqlar aparılırsa, ilk növbədə icarə haqda müqavilənin imzalanmasına razılıq məsələsi müzakirə olunmalıdır. Əmlak sahibinin müqavilə imzalamaqdan qaçınması həyəcan çalmaq üçün ilk səbəbdir. Müqavilənin imzalanması ilə əlaqədar razılıq əldə olunmadığı təqdirdə evdən imtina etmək ən doğru yol olar. Müqaviləsiz icarə bir sıra çətinlik və problemlərə yol aça bilər. Məsələn, danışıqların aparıldığı şəxs ev sahibi olmaya bilər. Belə halda subarendator anlayışı meydana gəlir. Deyək ki, vətəndaş A vətəndaş B-dən kirayə ev götürür və vətəndaş C-yə eyni əmlakı öz əmlakı kimi kirayə verir və bir neçə aylıq ödənişi müxtəlif bəhanələr altında əvvəlcədən alaraq, ortadan itir. Bir müddət sonra vətəndaş B, yəni əmlakın real sahibi, tam əsaslı şəkildə vətəndaş C-ni evdən uzaqlaşdırır. Təbii ki, belə halda siz hüquq mühafizə orqanlarına müraciət edərək öz haqlarınızı tələb edə bilərsiz, lakin bu sizin rahat və çətinliksiz ev kirayələmə planlarınıza tam ziddir. Bundan əlavə, ev sahibi evin yeganə sahibi olmaya da bilər, bu halda evdə qeydiyyatda olan hər hansı bir şəxsin narazılığı  sizin evdən çıxarılmanız məsələsi ilə nəticələnə bilər. Tələb olunacaq sənədlər arasında kommunal xidmətlərə görə heç bir borcun olmamasını təsdiq edən sənəd də olmalıdır. Əlbəttə, şəxsin öz sənədlərini də gözdən keçirmək məqsədəuyğun hesab edilə bilər.
  • Ev sahibinin kimliyi uğurla müəyyən­ləşdikdən və ev sənədlərinin qaydada olması təsdiqləndikdən sonra müqavilənin tərtibi məsələsi ortaya çıxır. Əl ilə yazılmış və müvafiq qaydada imzalanmış sənəs qanuni hesab olunur, lakin şahid iştirakı ilə və ya notarial qaydada təsdiqlənmiş sənəd daha etibarlı hesab olunur. Müqavilə tərtib edərkən bir sıra məqamlara diqqət yetirmək lazımdır. Sənəddə mütləq qaydada hər iki tərəfin passport məlumatları yer almalıdır. Eləcə də icarə obyekti olan ev haqda məlumatlar  (ünvan, kv.m, vəziyyəti və s.), icarə müddəti, ödənişin forması və dəyəri qeyd olunmalıdır. Eyni zamanda, icarə qiyməti razılaşdırılmalı və  müqavilə müddəti üçün dəyişilməz qalmalıdır.
    • Müqaviləyə əlavə olaraq əmlakın siyahısını da əlavə etməyi unutmayın. Siyahıda mövcud əmlak və onun cari vəziyyəti qeyd olunmalıdır. Əgər kirayə yaşayacağınız mülkiyyətdə hər hansı dəyişiklik və ya əlavə etmək və interyerdə dəyişiklik nəzərdə tutmusunuzsa, bu haqda da ev sahibi ilə yazılı razılıq əldə etməniz müsbət nəticə verər.
    • Ev sahibindən sizi qonşularla tanış etməsini xahiş edin. Bu sizə ev sahibinin real olmasına əlavə sübut olmaqla yanaşı evin tarixi haqda məlumat almağa yardım edə bilər. Məsələn, sizdən əvvəl yaşamış icarəçilər və ya icarəçilərin nə dərəcə tez-tez dəyişdirilməsi haqda məlumat sizə maraqlı ola bilər.
    • Gələcəkdə baş verə biləcək hər hansı anlaşılmazlıqların və problemlərin yaranmaması üçün müqavilədə mütləq qaydada ehtiyac yarananda təmir və ya bərpa işlərinin tərəflərdən hansının icra edəcəyi və ya kommunal ödənişlərin kim tərəfindən ödənilməsi məqamları haqda müddəalar yer alsın. Ev sahibinin evi ziyarət günləri və şərtləri də qeyd olunmalı vacib məqamlardan hesab oluna bilər.
    • Əlbəttə ki, vaxtından əvvəl müqaviləyə xitam verilməsinin şərtləri də müzakirə olunmalıdır. Bir qayda olaraq, köçmə haqqında bir ay qabaqcadan məlumat verilir. Təbii ki, siz də öz növbənizdə qanunlara tabe olmalı, sizə etibar olunmuş mülkiyyətə məsuliyyətlə davranmalı, qarşı tərəfin qaldırdığı məsələlərə anlayışla yanaşmalı və müqavilə ilə üzərinizə düşən öhdəliklərə əməl etməlisiniz.

    Əlbəttə ki, kirayələdiyiniz evin dəqiq ünvanını  mütləq şəkildə öz vətəninizdəki  yaxınlarınıza və iş yerinizə bildirməyi unutmayın.

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register