breaking news New

Dövlət Sərhəd Xidmətinin 100 illiyinə həsr olunan markalar dövriyyəyə buraxılıb

“Azərmarka” MMC Dövlət Sərhəd Xidmətinin (DSX) 100 illiyinə həsr olunan poçt blokunu dövriyyəyə buraxıb.

“Azərpoçt” MMC-dən  bildirilib ki, poçt bloku 115×135 millimetr ölçülərində hazırlanıb və 3 markadan ibarətdir. Markaların ölçüləri isə 56×34 millimetrdir.

Dövriyyədə olan poçt blokunun tiraji 10 min nüsxə, hər bir markanın nominal dəyəri isə 3 AZN təşkil edir

Buraxılışa əlavə olaraq “Birinci gün” zərfləri 750 ədədlə tədavülə buraxılıb. Bu orijinal poçt markalı blok “Azərmarka”nın baş rəssamı Vüqar Əyyubov tərəfindən hazırlanıb. Layihə Fransanın “Cartor Security Printing” çap evində işıq üzü görüb.

Qeyd edək ki, birinci markada DSX-nın 100 illiyi münasibətilə buraxılmış xatirə medalı əks olunub, ikinci markanın üzərində qrafik şəkildə çiynində tüfəng, gözlərinə durbin tutmuş Azərbaycan sərhədçisi, üçüncü markada isə DSX akademiyasının və DSX xüsusi məktəbinin döş nişanları öz əksini tapıb.

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register