breaking news New

Ezamiyyədə və ya səyahətdə olarkən İT təhlükəsizlik

Bir qayda olaraq səyahətdən və ya ezamiyyədən öncə etməli olduğumuz və diqqətimizi tələb edən bir sıra işlərimiz olur və səyahətə özümüzlə götürməli olduğumuz iş və ya şəxsi İT avadanlığına və məlumat daşıyıcılarına lazımi diqqəti ayıra bilmirik.

Qeyd olunmalıdır ki, bəzi ölkələrin qanunvericiliyinə əsasən ölkə ərazisinə gətirilmiş avadanlıqların və ya həmin ölkənin rabitə şəbəkəsi daxilində istifadə olunan məlumatları və ya internet üzərində icra olunan hər hansı əməliyyatı  istər bu internet yükləmələri olsun, istər elektron poçt istərsə də hər hansı digər əməliyyatın izlənməsi və  yoxlanması yolveriləndir. Belə olduğu halda bizim səyahət zamanı istər şəxsi, istərsə də korporativ  məlumatlarımızın qorunmasına görə özümüz məsuliyyət daşımış oluruq.

Səyahətə çıxmazdan əvvəl:        

  • Mümkün olduğu qədər aparacağımız məlumatı o cümlədən daşınan media (CD, DVD və s.) – nın sayını məhdudlaşdırın;
  • Şirkət və şəxsi avadanlıqların (telefon, tablet, noutbuk və s.) sayını minimuma çatdırın. Bununla siz həm avadanlığınızın həm də içərisində daşıdığınız məlumatı oğurlanmaqdan, itirilməkdən və ya rəsmilər tərəfindən müsadirə olunmaqdan qorumuş olacaqsınız;
  • Ehtiyat nüsxə yaradıb onu güclü parolla təmin etməyi də unutmayın. Əmin yerdə saxlayaraq dönmə zamanınıza qədər onu mühafizə etmiş olacaqsınız;
  • Bankınızı və ya kredit kart təminatçınızı səyahətiniz haqqında məlumatlandırın. Əvvəlcədən xəbərdarlıq olunmadığı halda  beynəlxalq əməliyyatlar fırıldaqçılıq hesab oluna və ya köçürmələr gecikdirilə bilər;
  • Yalnız zəruri sənədlərinizi, kredit və debit kartlarınız götürün. Digərlərini əmin yerdə saxlayın;
  • Məlumatınızın qorunması üçün tələb olunan proqram təminatlarını (əməliyyat sistemləri, antivirus və s.) yeniləyin;
  • Avadanlıqların parollarını yeniləyin və ya konfiqurasiya edin:
  • Minimum dördrəqəmli şifrələrdən istifadə edin;
  • Bütün avadanlıqlarda parolları dəyişin və fərqli parollardan istifadə edin;
  • Avtomatik silmə ayarlarını tənzimləyin;

 

abt803

Səyahətdə olarkən:

Bəzi ölkələrdə gizlilik üçün heç bir əsaslı səbəb yoxdur. Telefon danışıqları, elektron rabitə və hətta hotel nömrələri seçimi standart praktikaya uyğun aparıla bilər. Lakin belə ölkələrin ərazisində olduğunuz zaman belə ən vacib təhlükəsizlik qaydalarına əməl etməniz sizin üçün məqsədəuyğundur.

  • Həssas və ya konfidensial danışıqlar, məlumat köçürmələri və ya əməliyyatlar dönüş zamanına qədər minimum həddə saxlanılmalıdır;
  • Avadıqları yandırıb söndürməyə və bütün daşınan məlumat daşıyıcılarını gömrük rəsmilərinə təqdim etməyə hazır olun. Yoxlama zamanı sizdən şifrələrinizi açmağı xahiş edə bilərlər. Bəzi ölkərdə parolun gizlədilməsi cinayət pozuntusu hesab edilir;
  • Bankomatlardan yalnız ictimai yerlərdə və gündüz vaxtı istifadə edin. PİN kodunuzu mümkün qədər gizli saxlayın;
  • Ancaq sınanmış VPN bağlantılarından istifadə edin. Əgər mövcud VPN rabitəsi yoxdursa HTTPS bağlantısından istifadə edin;
  • İnternet kafelərdə, ictimai yerlərdə və hotellərdə bağlantı yalnız VPN olduğu təqdirdə təhlükəsiz hesab oluna bilər, əks halda şübhəli kimi qiymətləndirilməlidir;
  • İstifadə üçün avadanlıqlarınızı heç kimə verməyin və avadanlıqlarınıza tanış olmayan məlumat daşıyıcılarını qoşmayın. Bu sizin avadanlığı kompyuter infeksiyalarına yoluxmaqdan qoruya bilər;
  • Avadanlığa qanunsuz girişi, simsiz texnologiyaları deaktiv edin:
  • Bütün rabitələri deaktiv etmək üçün uçuş rejimindən istifadə edin;
  • Wi-Fi istifadə etmədiyiniz müddətdə deaktiv edilməlidir, Wi-Fi ad-hoc rejimi və ya qeyri- təhlükəsiz fayl paylaşma avadanlığa birbaşa girişin açılmasına səbəb ola bilər;
  • Bluetooth söndürülməlidir və ya “gizli” rejimə keçirilməlidir, “görünməyən” rejimə deyil;
  • Oğurlanmış və ya itirilmiş avadanlıqlar haqda dərhal müvafiq instansiyalara məruzə edin. Bura çalışdığınız şirkət, mobil operatorunuz, hotel, hava yolları administrasiyası, sığorta şirkətiniz və ya yerli hökumət nümayəndəliyi aid ola bilər. Oğurlanmış avadanlıqların tapılmasında ən etibarlı seçim yerli hüquq mühafizə orqanları olar.

Dönüşdə:

  • Şirkət avadanlıqlarını geri qaytarın;
  • Bütün avadanlıqları etibarlı şəbəkəyə qoşmadan əvvəl onları virus və digər zərəvericilərin mövcudluğuna yoxlayın;
  • Avadanlıqlarınız tam təhlükəsiz olduğuna əmin olduqdan sonra bütün iş və şəxsi parolları dəyişin. Mümkün olduğu dərəcədə şirkət və bank hesablarınızın da parollarını dəyişin. Bunun üçün səyahətdə olduğunuz avadanlıqdan deyil hər hansı digər vasitədən istifadə etməniz daha məqsədə uyğun olar;
  • Bankınızı geri dönüşünüş haqda məlumatlandırın və səyahət müddətinizdə icra olunmuş beynəlxalq əməliyyatları bir daha nəzərdən keçirin;

Bu tip davranış bir çoxları tərəfindən aşırı ehtiyatlılıq kimi qiymətləndirilə bilər lakin, bu belə deyil. Belə davranış yalnızca sizin iş səyahətinizin təhlükəsiz və itkisiz keçməsinə təminatdır.

 

 

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register