breaking news New

“Facebook” bu xidmət qarşılığında istifadəçilərinə ayda 20 dollar ödəyir

“Facebook” şirkəti 13-35 yaş aralığındakı istifadəçilərinə ayda 20 dollar ödəniş edir.

Şirkət bunun qarşılığında “Facebook Araşdırma Tətbiqi”ni qurmaları və bütün növ şəxsi bilgilərindən istifadə etmək şərtini qoyur.

Bu xüsusiyyət “Facebook”a sərhədsiz şəkildə istifadəçilərin məlumatlarını əldə etməyə icazə verir.

Bu bilginin ictimaiyyətdə yayılmasından sonra “Facebook” araşdırmanı “Apple” məhsullarında dayandırıb. “TechCrunch” texnoloji xəbərlər və analizlər portalının son araşdırmasına görə, sosial platformanın bu siyasəti “Apple” şirkətinin gizlilik siyasətini pozur.

Şirkətdən məsələ ilə bağlı verilən açıqlamada bu tətbiqin gizli şəkildə deyil, aşkar formada aparıldığı və istifadəçilərdən icazə alındığı bildirilib.

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register