breaking news New

FHN Akademiyasında kursantlar üçün növbəti təlim keçirilmişdir

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında aprelin 5-də “Qəza-xilasetmə işlərinin aparılması taktikası” mövzusunda təlim keçirilmişdir. FHN Akademiyasının kursantları üçün keçirilən təlim nəzəri və praktiki hissədən ibarət olmaqla iki mərhələdə təşkil edilmişdir.

Təlimin açılışında çıxış edən FHN Akademiyasının rəisi general-mayor Pənah Süleymanov bildirmişdir ki, tədbirin keçirilməsində məqsəd kursantlara FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin istifadəsində olan xüsusi təyinatlı nəqliyyat vasitələri, xilasetmə alət və avadanlıqları barədə məlumatın verilməsi, həmçinin kursantların xilasetmə, pirotexniki, kinoloji sahələr üzrə bilik və bacarıqlarının artırılmasıdır.  Akademiyanın rəisi təlim iştirakçılarına uğurlar arzulamış, qarşıya qoyulmuş vəzifələrin öhdəsindən uğurla gələcəklərinə əmin olduğunu bildirmişdir.

Çıxış edən digər natiqlər qeyd etmişlər ki, təlimlərin təşkilində əsas məqsədlərdən biri şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının yüksək səviyyədə saxlanmasıdır. Eyni zamanda, həyat fəaliyyəti təhlükəsizliyinin təmin edilməsi sahəsində yüksək ixtisaslı kadrların yetişdirilməsinə xüsusi diqqət göstərildiyini vurğulanmış, bu cür təlimlərin də kursantların qəza-xilasetmə işlərində biliklərinin artırılması və müvafiq vərdişlərinin təkmilləşdirilməsində əhəmiyyətli rol oynadığı söylənmişdir.

Təlimin nəzəri hissəsində kursantlara FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin istifadəsində olan xüsusi təyinatlı nəqliyyat vasitələri, xilasetmə alət və avadanlıqları barədə məlumat verilmişdir.

Praktiki hissədə isə “zərərçəkmiş”lərin  hündürlükdən təxliyəsi,  şərti uçqun baş vermiş ərazidə axtarışı və xilası, nəqliyyat vasitəsində olan “partlayış təhlükəli əşya”nın  kinoloji qrup tərəfindən aşkar edilməsi, pirotexniki qrup tərəfindən zərərsizləşdirilməsi və qəza-xilasetmə işlərinə dair digər hərəkətlər nümayiş olunmuşdur.

Təlimə 30 nəfər canlı qüvvə və 7 xüsusi nəqliyyat vasitəsi cəlb edilmiş,  xüsusi təyinatlı xilasetmə alət və avadanlıqlardan istifadə olunmuşdur.

fhn.qov.az rəsmi səhifəsinə istinadən

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register