breaking news New

Filippində güclü qasırğa.

Filippinin şimal-şərq hissəsi güclü Koppu qasırğasının cəngindədir. Saatda 210 km çatan külək evlərin damlarını və elektrik xətlərini yerindən çıxardır. Fəlakətə görə onlarla aviareyslər (o cümlədən beynəlxalq) və bərə nəqliyyatı dayandırılıb. Təhlükəli ərazilərdən 15 mindən yuxarı insan təxliyə edilib. Tropik siklonun özü ilə  gətirdiyi yağış daşqınlara, torpaq sürüşmələrinə və nəticədə binaların çökməsinə gətirə bilər.s5 s7 s6

s4

s3

s2

s1

Qasırğa Bazar günü Filippinin Lusan adasının Kasiquran şəhərinə çatıb. Meteoroloqlar hesab edir ki, qasırğa burada bir neçə gün qalacaq.

2013 ilin noyabr ayında Filippində Xayan qasırğası baş verdi. Altı min insanın həyatına son qoyan tropik siklon Samar adasının Leyte vilayətində dəhşətli dağıntılara gətirmişdi.

 

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register