breaking news New

“Ford Mustang”ın yaradıcısı Li Yakokka vəfat edib

“Ford Mustang” avtomobilinin yaradıcısı və “Chrysler” korporasiyasının sabiq rəhbəri Li Yakokka ABŞ-da 94 yaşında vəfat edib.

Bu barədə Li Yakokkanın ailə üzvləri xəbər veriblər. “Ford Mustang”ın yaradıcısının ölüm səbəbi barədə məlumat verilmir.

Qeyd edək ki, Li Yakokka “Ford Motor Company” şirkətinə 1946-cı ildə gəlib və 1978-ci ilə qədər orada çalışıb. Onu əfsanəvi “Ford Mustang”ın “atası” hesab edirlər.

1978-ci ildə Henri Ford tərəfindən işdən qovulan Li Yakokka “Chrysler” korporasiyasının rəhbəri olur və 1995-ci ilə qədər orada çalışır.

Li Yakokka bir neçə memuarın müəllifidir.

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register