breaking news New

Hərbi məhsullarımız Türkiyədə “IDEF-2019” sərgisində nümayiş etdiriləcək

Aprelin 30-dan mayın 3-dək keçiriləcək “IDEF-2019” XIV beynəlxalq müdafiə sənayesi sərgisində Müdafiə Sənayesi Nazirliyinin məhsullarının nümayişi məqsədi ilə nazir müavini Yəhya Musayevin rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti Türkiyədə səfərdə olacaq.

Nazirlikdən  verilən məlumata görə, “IDEF-2019” beynəlxalq müdafiə sənayesi sərgisində Azərbaycanın milli povilyonunda Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan əsas ixrac yönümlü məhsulların nümayişi təşkil ediləcək. Eyni zamanda, sərgidə xarici ölkələrlə hərbi-texniki sahədə əlaqələrin inkişaf etdirilməsi və yeni birgə layihələrin reallaşdırılması istiqamətində müzakirələr aparılacaq.

Sərgi çərçivəsində nazir müavini Yəhya Musayevin Türkiyənin dövlət və hökumət nümayəndələri, sərgidə iştirak edən bir sıra ölkələrin nümayəndə heyətlərinin rəhbərləri və aparıcı şirkət nümayəndələri ilə görüşləri də nəzərdə tutulur.

Sərginin gedişi ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register