breaking news New

Sosial şəbəkələr – təhlükə ya əyləncə?

Sosial Şəbəkələr həyatımıza çox uzaq olmayan keçmişdə daxil olmasına baxmayaraq artıq onun ayrılmaz hissəsinə çevrilmişdir. Informasiya əsri adını almış əsrimizdə yaşamımızın böyük bir hissəsini məlumat təşkil edir.

Sosial Şəbəkələr həyatımıza çox uzaq olmayan keçmişdə daxil olmasına baxmayaraq artıq onun ayrılmaz hissəsinə çevrilmişdir. Informasiya əsri adını almış əsrimizdə yaşamımızın böyük bir hissəsini məlumat təşkil edir.  Sosial şəbəkələrsə bizə bu məlumatları əldə etmənin  ən asan və əlverişli yolunu təqdim edir. Biz birbaşa əlaqə saxlamağa imkanımız olmayan lakin haqqında məlumatı olmamızı dilədiyimiz insanları (məsələn, sinif yoldaşlarımız, qrup yoldaşlarımız, keşmiş iş yoldaşlarımız və s.) asanlıqla tapır və əlaqə saxlaya bilirik, bizə maraqlı qrup və ya birliklərə qoşula və ehtiyacımız olan  məlumatları axtarışa əlavə vaxt sərf etmədən məlumat lentimizdə  görə bilirik. Lakin sosial şəbəkələrdən istifadə bəzən xoşagəlməyən nəticələrə də səbəb ola bilər.  Bu məqalədə özünüzü və sizə aid olan məlumatı kənar gözlərdən qorumanın və özünüzə zərər yetirmədən sosial şəbəkələrdən istifadə etmənin  yollarını göstərməyə çalışmışıq.

SM_keyhole_flatSosial şəbəkələrə qoşularkən ilk olaraq bilməli olduğumuz məlumat sosial şəbəkələrin azad internet məkanından kənar fərdi şəxslərə məxsus sahə olmasıdır. Bu məlumat biznesidir. Əsas yadda saxlamalı olduğumuz məqam bizim sosial şəbəkələrə yerləşdirdiyimiz bütün məlumatların ilk növbədə bizə bu sosial şəbəkələri istifadəyə verən sosial şəbəkə strukturu və onların administratorlarının əlinə keçmısidir. Onlar öz növbəsində həmin məlumatları ya istifadə edə ya da müıəyyən uyğunsuzluğa əsasən silə bilər. Buna görə də qoşulmadan əvvəl qoşulma qayda və şərtləri ilə tanış olun.

Şəbəkə administratorlardan əlavə sizin məlumatları kimin görməsinə siz qərar verirsiniz. Özümüzü qorumaq və məlumatlarımızın etibarlı bölüşülməsindən əmin olmaq istəyirsinizsə sosial şəbəkələrə qoşulmazdan əvvəl özünüzə aşağıdakı sualları verin:

  • Bölüşdüyüm məlumatları kim görə bilər?
  • Paylaşdığım məlumat kimə məxsusdur və ya kim tərəfindən elan olunub?
  • Haqqımda hansı məlumatlar mənim kontaklarım tərəfindən digərlərinə paylaşılır?
  • Öz kontaklarımın hansı məlumatlarını digərləri ilə bölüşməyim yol veriləndir?
  • Kontaktlarımın hər birinə tam etibar edə bilərəm mi?

Lakin tam təhlükəsizliyi təmin etmək üçün bunlar kifayət etmir. Daha bir sıra qarşılayıcı tədbirlərə  əməl etmək məsləhət olunur.

  • Hər zaman etibarlı parollardan istifadə etdiyinizə əmin olun. Parollarını tez-tez dəyişin və əgər onu yazılı şəkildə saxlamanıza ehtiyac varsa bu notu kənar şəxslərdən tam mühafizə edin. Unutmayın, digər birinin əlinə keçmiş parol sizin və kontaklarınızın məlumatlarına sahib olmaq deməkdir.
  • Sizə təqdim olunan məxfilik şərtləri və onları dəyişdirmə yolları ilə mütləq tanış olun;
  • Ictimai internet məkanlarından sosial şəbəkələrə qoşularkən ehtiyyatlı davranın. İctiami yerlərdə istifadə etdyiniz kopmyuterlərin yaddaşında öz parol və istifadə tarixçənizi saxlamayın.
  • Əlavə təhlükəsizlik qatı yaratmaq üçün sosial şəbəkələrə qoşularkən http:// əvəzinə https:// istifadə edin.
  • Çalışın statuslarınızda həssas məlumatlar yerləşdirməyin hətta, kontaktlarınıza etibar edirsinizsə belə.
  • Bəzi sosial şəbəkələr digər şəbəkəyə qoşulma imkanı verir. Deyək ki, siz Twitter-də hər hansı məlumatı paylaşırsınız bu dərhal avtomatik olaraq Facebook səhifənizdə əks olunur. Şəbəkələrdən birində siz anonim ola bilərsiniz lakin bu tip inteqrasiya aşkarlanmanıza səbəb ola bilər.
  • Heç zaman sosial şəbəkələri əsas məlumat saxlama mənbəsi kimi qiymətləndirməyin. Hökümət aşkar olunan hər hansı uyğunsuzluğa görə sosial şəbəkələri blok edə, onlarsa öz növbəsində bu tipli senzura ilə üzləşməmək üçün həmin məlumatı blok və hətta tamamilə ləğv edə bilər.

tumblr_l4bwl77MBh1qbcy2yo1_1280

Sosial şəbəkələr bizdən digər istifadəçilərin bizi rahat tapa bilməsi üçün müəyyən informasiyanın daxil edilməsini tələb edir.  Burada narahatçılığa səbəb olan ən vacib məqamlardan biri şəxsi məlumatların istifadə olunması ilə bağlı fırıldaqçılıqdır. Son zamanlar belə hallar kifayət qədər tez-tez müşahidə olunur.  Bundan əlavə nəzərə almalısınız ki, sizin internetdə aşırı şəffaflığınız sizin ətrafınızdakı insanların da həyatına təsir göstərə bilər. Məsələn, bəzi diaspora aktivistlərinin sosial şəbəkələrdəki postlarına görə onların vətəndəki doğmaları hökumət tərəfindən müşahidə altına alınmışlar.

Bütün bunları nəzərə alaraq bir daha düşünün aşağıda sıralanan məlumatların sosial şəbəkələrdə işıqlanmasına çox mu ehtiyac var?    

  • Ad gününüz
  • Telefon nömrələriniz
  • Ünvanınız
  • Ailə üzvləriniz
  • Cinsi, dini, irqi və s. mənsubiyyətiniz
  • Təhsil və iş tarixçəniz

Əlbəttə, sosial şəbəkələrin də həm əyləncə həm professional məqsədlər üçün istifadə oluna bilindiyini və müvafiq olaraq onların tələblərinin və bizim daxil etməli olduğumuz məlumatların da həcminin fərqliliyini unutmamalıyıq. Belə ki, əgər Facebook tipli sosial şəbəkələr bir qayda olaraq əyləncə məqsədi üçün istifadə olunursa, Linkİn tipli şəbəkələr professional məqsədlər üçün nəzərdə tutulur. 

Qeydiyyatdan keçdikdən sonra etdiyiniz ilk əməl kontakların əlavə olunmasıdır. Əksər hallarda siz artıq tanış olduğunuz və ya yaxşı münasibətdə olduğunuz insanlarla kontaklar qurursunuz. Ümumi maraqlar və oxşar düşüncələrimiz əsasında biz bəzən müəyyən qrup və birliklərə də üzv oluruq. Unutmaq olmaz ki, bu qrup və birliklərin digər üzvləri bizim tamamilə tanımadığımız, yad insanlardır və onlar bizim məlumatlarımıza giriş əldə etmiş ola bilərlər.

  • Statusların yenilənməsi diqqətli olmalı olduğumuz digər bir məsələdir. Statuslar bir qayda olaraq “Mən nə edirəm?” “Mən hazırda hardayam?” və s. kimi sualları əhatə edir. Əgər məxfilik parametrlərində dəyişiklik etməsəniz paylaşacağınız hər status hər kəs üçün açıq olacaq. Ancaq dostlarınızın sizin statuslarınızı görməsini istəyirsinizsə, paramerlərdə müvafiq dəyişikliyi etməlisiniz. Statusların məzmunu da az əhəmiyyətli məsələ deyil beləki, ABŞ-da bir neçə müəllim şagirdləri haqda öz fikirlərini və hisslərini yazdıqlarına görə, bəzi işçilər isə öz müdiriyyəti barəsində neqativ düşüncələrini bölüdüklərinə görə işlərindən azad edilmişlər.
  • Hər hansı link və ya səhifəni bəyənər və ya bölüşərsəniz özünüz də bundan təsir ala bilərsiniz. Məsələn, hökümət əleyhinə fəaliyyət göstərən və ya sadəcə hökumətin nəzarət altında saxladığı bir qrup və ya şəxsin paylaşdığı hər hansı məlumatı bəyənərək və ya öz növbənizdə paylaşaraq özünüzü hökumətin nəzarət hədəfinə çevirmiş ola bilərsiniz.social-media-security
    • Yerləşmə nöqtənizin aşkarlanması əksər şəbəkərin göstərdiyi xidmətdən biridir. Bir qayda olaraq bu funksiya GPS-in aktivləşdirilməsi ilə işə düşür. Bu funksiya həm telefon həm kompyuterlərdə istifadə oluna bilər. Əgər siz hər zaman harada olmanızdan hər kəsin xəbərdar olmasını diləmirsinizsə para­metrlər bölməsindən bu funksiyanı deaktivləşdirməlisiniz. Xüsusən də foto və video paylaşma saytlarının məkan bildirmə parametrlərinə çox diqqətli olun.
    • Hər zaman paylaşdığınız video və ya şəklin məzmununa diqqət yetirin. Bundan əlavə digər birinin şəklini paylaşmazdan əvvəl onun buna razı olub olmadığını dəqiqləşdirin. Bəzən siz şəkil və video paylaşarkən bilmədən paylaşmağı nəzərdə tutmadığınız məlumatı da paylaşmış ola bilərsiz. Məsələn, bəzi foto və videolar onların çəkilmə zamanını və məkanını göstərir.
    • Eləcədə sosial şəbəkələr vasitəsi ilə yazışmaq da kifayət qədər təhlükəsiz deyil. Bu məqsədlə xüsusi əlavənin istifadəsi daha məqsədəuyğundur.
    • Qrup, birlik və ya hadisələrin yaradılması və onlara qoşulma zamanı nəyə diqqət yetirmək lazımdır? Hər hansı qrup və ya birliyə qoşularkən siz özünüz haqda müəyyən məlumatlarla bölüşmüş olursunuz. Bundan əlavə olaraq hər hansı qrup və ya birliyə qoşulma müəyyən mənada sizin bu qrup və ya birliyin paylaşdığı və bölüşdüyü bütün məlumatlarla razı olmanız mənasına gəlir. Bu isə hər hansı xoşagəlməz nəticələrə səbəb ola bilər. Əgər profilinizdə real ad və şəklinizdən istifadə edirsinizsə bu sizin kimliyinizin müəyyənləşməsini daha da tezləşdirə bilər. Alternativ olaraq əgər siz özünüz hər hansı bir qrup yaradırsınızsa və müəyyən adamlar bu qrupa qoşulursa siz onlara nə təklif etmiş olduğunuzu da tam dərk etməlisiniz. Məsələn, siz cinsi azlıqlara dəstək qrupu yaradırsınız və müəyyən qrup insan bu qrup və ya birliyə qoşulur bununla da özlərinin cinsi azlığa aid olmaları və ya onları dəstəklədiklərini açıqca elan etmiş olurlar. Və bununla da özlərini real dünyada təhlükəyə mümkün təhlükəyə atmış olurlar.

    Bütün bu məsləhətlərdən istifadə etməklə siz öz virtual həyatınızı daha təhlükəsiz edə bilərsiniz.best-social-networking-sites

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register