breaking news New

HILTON OTELLƏRİNİN YENİ RƏQƏMSAL AÇARLARI

Amerikanın “Hilton Hotels & Resorts” otellər şəbəkəsi bu ildən etibarən qonaqların “iPhone” mobil telefonları vasitəsilə otaqlarını açmaq imkanını yaradır.

Bunun üçün Bluetooth texnologiyasi vasitəsi ilə qapı ilə əlaqə yaradan iPhone telefonlarında xüsusi proqram yüklənməlidir. Otelə gələn qonaq mobil telefonuna “Hilton” xüsusi proqramını yükləyərək, otağının qapısını telefonu ilə rahat aça bilər. Bu proqram iPhone telefonunun iOS7 əməliyyat sistemi ilə uyğunlaşdırılıb və iPhone 4s modelindən başlayaraq bütün yeni modellərdə işləyə bilər.

alexandria-hotel-hilton

Bəzi mütəxəssislər bu yeni texnologiyanın uğurlu olmasına hələ də şübhə ilə yanaşırlar. Onlar düşünürlər ki, insanlar üçün adi açarlardan bu texnoloji yeniliyə keçmək psixoloji cəhətdən çətin olacaq.

hilton-lock-1

Buna baxmayaraq, “Hilton Hotels & Resorts” otellər şəbəkəsi 2016 ilin sonuna kimi bütün otelləri bu cür açarlarla təchiz etmək fikrindədir. Nəzərə alsaq ki, Hilton otellərinin bir çoxu sadəcə Hilton brendindən istifadə edərək ayrı-ayrı sahiblər tərəfindən idarə olunur, bu modernləşdirmənin həyata keçirilməsi şəbəkə üçün çox da vəsait tələb etməyəcək.

Qapı qıfılları öz batareyaları hesabına işlə­yəcək və otelin kompüter sistemindən asılı olmayacaq.

Hazırda Hilton otellərinin Digital açar sistemi onun fəxri qonaqları üçün xidmət göstər­məkdədir. Bu “Hilton Hotels & Resorts” otellər şəbəkəsinə aid olan 250 oteldə tətbiq edilir.

661

Müştərilər vaxta qənaət etmək və təhlü­kəsizliyin təmin olunması baxımından bu xidmətdən məmnundurlar.

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register