breaking news New

Hyundai’dən “gəzə bilən” avtomobil

Bir küçə müsahibəsində bir uşağın xəyalı olaraq duyduğumuz “gəzinti təyyarəsi” hələ həyatımıza daxil olmadığına baxmayaraq, Hyundai gəzə bilən avtomobil xəyal edənlər üçün işini sürətləndirdi.

Hyundai Elevate, gəzinti avtomobili olaraq buraxılmış bir elektrik vasitədir, amma bu avtomobilin məqsədi digərlərindən təmamilə fərqlənir. Təbii fəlakətlərdə istifadə olunacaqdır. Hələ də konsept formada olan Hyundai Elevate, elektrikli avtomobil və robotların qarışığı nəticəsində meydana gələn bir məhsuldur. Robotik ayaqları  sağa sola və irəli geri geniş açılarda hərəkət edərkən, mövcud təkərlər həmçinin normal yol şəraitində tipik elektrikli avtomobillərdən istifadə imkanını da təmin edir.

Ən mühüm özəlliyi isə dağıntının altına girə biləcəyidir. Məsələn, bir zəlzələdən sonra qurtarma qrupları bölgəyə getməlidir. Ancaq təəssüf ki, heç bir xilasetmə bürosu və ambulans binaların sıxlığı səbəbi ilə çox yerə çata bilmirlər. Bundan əlavə, məsul şəxslər tərəfindən verilən məlumatlara görə bu avtomobilin təkərləri də 360 dərəcə dönə bilir. 

Satışa buraxılacağı zaman hələ ki məlum deyildir. 

 

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register