breaking news New

İkiqat dünya çempionu Fizuli Musayev haqqında “Qara kəmər” adlı sənədli film (VİDEO)

İdmanı sevən və tərənnüm edən, Azərbaycanı dünyada tanıdan məşhur Karate və Taekvondo ustamız, ikiqat dünya çempionu, Karatenin Azərbaycanda canlı əfsanəsi Fizuli Musayev.

İdmançı haqqında bəzi faktları Vikipediya-dan təqdim edirik:

Füzuli Musayev Gəncədə anadan olmuş, orada böyümüş və cavanlığı da elə orada keçmişdir. O, böyük idmana 20 yaşında gəlmişdir. İdmanla fərdi məşğul olmuşdur. Karate ilə məşğul olmuş və iki dəfə dünya çempionu adını qazanmışdır.

2001-ci ildən Füzuli Musayev Azərbaycan Taekvondo Federasiyasının I Vitse Prezidenti vəzifəsini həyata keçirir.

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Klubunun rəisidir, polkovnikdir.

Dəfələlərə Azərbaycan çempionu,  1990-ci illərdə isə SSRİ çempionu adına layiq görülmüşdür. O vaxtı karate yazılmadığından əlbəyaxa döyüş üzrə idman ustası adına layiq görülmüşdür. İlk böyük qələbəsi elə bu zaman olmuşdur. Daha sonra komanda olaraq Avropa çempionu, Yaponiyada dünya üçüncüsü, 1995-ci ildə Meksikada dünya çempionu olmuşdur. 1997-ci ildə Avstraliyada ikinci dəfə dünya çempionu olmuşdur. O, 33 yaşı olanda ilk dəfə, 35 yaşında isə ikinci dəfə dünya çempionu olmuşdur.

20 ilə yaxın polis əməkdaşı kimi çalışmışdır. Cinəyatkarlığa qarşı mübarizənin kiçik inspektorluğundan baş inspektorluğuna kimi yüksəlmişdir.

Polis Akademiyasını bitirmiş və polisdə çalışdığı zaman karate onun çox dayağında olub. Elə anlar olub ki, cinayətkarla əlbəyaxaya düşmüş, vurub onu yıxmışdır.

Təqdim olunan film – Rusiyanın məşhur idmançısı və jurnalisti Nikolay Korovinin “Boks” TV kanalı üçün Fizuli Musayev haqqında hazırladığı sənədli filmdir.

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register