breaking news New

İlahiyyat İnstitutu Azərbaycan Konstitutsiyasını fars dilinə tərcümə edib

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Azərbaycan Respublikasının Konstitutsiyasını fars dilinə tərcümə edib.

Aİİ-dən  verilən məlumata görə, tərcüməni ali təhsil müəssisəsinin müəllimi fəlsəfə üzrə fəlsəfə doktoru Ələddin Məlikov həyata keçirib.

Kitabın ön sözündə Azərbaycan İlahiyyat İnstitutunun rektoru ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov ali təhsil müəssisəsinin Azərbaycan həqiqətlərinin və ölkənin mədəni-mənəvi irsinin tanıdılması və təbliği məqsədilə bir sıra layihələr həyata keçirdiyini qeyd edib. Bildirib ki, Azərbaycan İlahiyyat İnstitutu gələcəkdə də bu istiqamətdə fəaliyyətini davam etdirəcək. Azərbaycan Konstitutsiyasının tərcüməsi bu istiqamətdə atılan addımlardan biridir.

Qeyd edək ki, ali təhsil müəssisəsi kitab nəşrləri ilə bağlı bir sıra layihələr həyata keçirir. “İlahiyyat nəşrləri” adı altında layihədə müəllimlərimizin və bu sahədə çalışan mütəxəssislərin kitablarının, müxtəlif dillərdən tərcümə olunan əsərlərinin nəşri daxildir. Eyni zamanda, ilahiyyat sahəsindəki problemləri araşdıran və beynəlxalq standartlara cavab verən tədqiqatlar aparmaq və onları nəşr etdirməyi İnstitutut qarşısına məqsəd qoyub.

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register