breaking news New

İslam Bazarqanov “Qran-pri”nin finalına yüksəlib

Gürcüstanın paytaxtı Tbilisidə Vaxtanq Balavadze və Givi Kartoziyanın xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə “Qran-pri” turniri davam edir.

Azərbaycan Güləş Federasiyasından  verilən məlumata görə, ikinci yarış günündə 57, 65 və 74 kq-da sərbəst, 60, 67, 77 və 87 kq-da yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.

Sərbəst güləşçilərimizdən İslam Bazarqanov (57 kq) finala vəsiqə qazanıb. Onun yarımfinalda məğlub etdiyi komanda yoldaşı Şahin Muxtarov, eləcə də yunan-Roma güləşçilərimizdən Kamran Məmmədovla (67 kq) Həsən Əliyev (77 kq) bürünc medal uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, bu çəkilərdə medal qarşılaşmaları sabah keçiriləcək.

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register