breaking news New

21-ci Xəzər neft və qaz sərgisinin Bakı Sərgi mərkəzində açılışı oldu

2014-cü il 3 iyun tarixində Bakı Sərgi Mərkəzində XXI Beynəlxalq Xəzər neft və qaz sərgisinin açılışı olmuşdur.

Azərbaycan Respublikasının prezidenti Zati-aliləri canab İlham Əliyev açıliş mərasimində nitq söylədi. BP-nin Xəzər dənizində əməliyyatçısı olduğu layihələrdən danışarkən ölkə Prezidenti son 20 il ərzində BP ilə olan uğurlu əməkdaşlığı da xüsusi qeyd etdi.

xezer1

Tədbirdə iştirak edən BP-nin baş icraçı direktoru Robert Dadli bu tədbirin ilk dəfə təşkil olunduğu tarixin 1991-ci ildə ölkənin müstəqillik qazanmasından sonra neft və qaz sənayesinin dirçəlişi ilə eyni vaxta təsadüf etdiyini qeyd edərək onun əhəmiyyətini vurğuladı.

xezer4

O, həmçinin qeyd etdi ki, mərhum Prezident Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində BP və onun tərəfdaşları Azərbaycan hökuməti ilə “Əsrin Müqaviləsi” adlanan saziş imzaladı. Bu da ölkənin bir daha dünyanın aparıcı neft və qaz hasil edən dövlətlərindən birinə çevrilməsi istiqamətində inamla addımlamasına imkan verdi.

Hər il keçirilən Neft və Qaz Sərgisinin bir hissəsi kimi, BP özünün Azəri-Çıraq-Günəşli (AÇG), Bakı-Tbilisi-Ceyhan (BTC), Şahdəniz (ŞD) və Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihələrindəki tərəfdaşları adından unikal təcrubə mubadiləsini təmin edən “Alıcı ilə tanış ol” tədbirini təşkil edir.

Tədbir yerli şirkətlərə öz məhsullarını potensial alicılara təqdim etmək, adətən iri şirkətlərin olduğu mühitdə rəqabət aparmaqda çətinlik çəkən kiçik və orta müəssisələr üçün imkanlar yaratmaq məqsədilə təşkil edilir. Digər tərəfdən, bu tədbir alıcılar üçün də bir fürsətdir – burada onlar yerli bazarın nəbzini duya və mövcud imkanları araşdıra bilərlər.

Sərgidə həmçinin bir neçə nominasiyada ilin ən yaxşı şirkəti adına layiq görülən şirkətlərin adları açıqlandı. SƏTƏM və təhlükəsizlik nominasiyasında ilin ən yaxşı şirkəti “Titan D” MMC seçildi. Sertifikat şirkətin təlimlər üzrə rəhbəri Samir Cavadova təqdim edildi.

Samir_1

Samir_2

10336753_10201899868447593_6242727575097319935_n

 

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register