breaking news New

Kolumbiyada 3 günlük matəm elan olundu

Kolumbiya prezidenti İvan Duke paytaxt Boqotada ötən gün törədilmiş terror aktında ölənlərlə əlaqədar üçgünlük matəm elan edib.

Bu barədə dövlət başçısı xalqa müraciətində bildirib.  “Terror aktı anından biz həlak olanların ailələrinə bütün lazımi köməyi göstəririk, hamıya sevgimi, minnətdarlığımı ifadə edirəm. Və biz onların şərəfinə üçgünlük milli matəm elan edirik”, – Duke bildirib.

 Dövlət başçısı, həmçinin əlavə edib ki, kolumbiyalılar güclü və birləşmiş millətdir. “Bütün kolumbiyalılar terrorçuluğu rədd edirlər. Biz onlara fəaliyyətimizin qətiyyəti hesabına qalib gələcəyik, biz onlara vətəndaş əməkdaşlığı nəticəsində qalib gələcəyik. Biz qalib gələcəyik, vahid cəmiyyət olaraq”, – prezident vurğulayıb.

Qeyd edək ki, Kolumbiyanın paytaxı Boqotada törədilən partlayış zamanı 87 nəfər yaralanıb. Partlayışda ölənlərin sayı 20-i keçmişdir.

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register