breaking news New

Küləkli hava ilə bağlı daha bir xəbərdarlıq

Yanvarın 9-u günün ikinci yarısından yanvarın 10-nu gündüzədək  Xəzər dənizi akvatoriyasında gözlənilən hava şəraiti ilə əlaqədar “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) donanmasına aid Xəzərdə üzən bütün gəmilərə xəbərdarlıq göndərilib.

ASCO-nun məlumatına görə, xəbərdarlıqda hava şəraiti ilə əlaqədar gəmilərdə qabaqlayıcı təhlükəsizlik tədbirlərinin görülməsi, gəmilərin qeyd edilən tarixdə təhlükəsiz sığınacaqlara getməsinin təmin olunması bildirilib. Küləkli havanın müşahidə olunacağı tarixlərdə limanlarda və lövbərlərdə dayanan gəmilərin kapitan və baş mexaniklərinə mütləq şəkildə gəmidə olmaları və gəmilərin təhlükəsiz dayanmasını təmin etmələri tapşırılıb.

Bundan əlavə, xəbərdarlıqda səfərə çıxacaq və dənizdə hərəkətdə olan gəmilər gözlənilən hava şəraitini nəzərə alaraq sığınacaqlara getmələrini qabaqcadan planlaşdırmaları qeyd olunub.

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register