breaking news New

Məşhur kanalın aparıcısı Formula 1-dən süjet hazırladı (VIDEO)

Dünyada məşhur Sky Sports idman telekanalının Formula 1 yarışı üzrə çəkiliş komandası Bakıda növbəti dəfə reportaj hazırlayıb. ANS PRESS-in məlumatına görə, Bakıya səfər edən Sky Sports heyətinə Formula 1 Paddok Klubunun məşhur aparıcılarından olan və “Tedin Gündəliyi” verilişi ilə tanınan Ted Kravitz  rəhbərlik edib.Ted-Kravitz

Sky Sports telekanalında yayımlanan süjetdə Ted Kravitz  yarışların keçiriləcəyi şəhər treki “Bakı Şəhər Halqası” ilə tanış olub.  O, velosiped ilə Bakı küçələrini gəzib. Daha sonra aparıcı İçərişəhərə yola düşüb. Tanınmış aparıcının sujeti sosial şəbəkədə sürətlə yayınmlanıb.

Formula 1 Avropa Qran Pri yarışının rəsmi elçisi Fernando Alonsodur. 17-19 iyun tarixlərində Bakıda keçiriləcək yarışda dünyanın ən güclü pilotları qalib adı uğrunda mübarizə aparacaqlar. 20 müxtəlif çətinlikli döngə və 6 km-lik uzunluğu ilə 51 dövrədə tamamlanacaq. Bu arada maksimal 340 km/saat sürət toplamağa imkan verəcək Bakı Şəhər Halqasının cari F1 təqvimində ən sürətli şəhər treki statusuna imza atacağı gözlənilir.

Yarış ərəfəsində Formula 1 şəhərciyində təşkil olunacaq konsertlərdə dünya ulduzları çıxış edəcəklər. İyunun 17-də Kris Braun, iyunun 18-də Enrike İqlesias və iyunun 19-da Farel Vilyams Bakıda ən məşhur ifalarını səsləndirəcəklər. f1

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register