breaking news New

Moskvada Beynəlxalq təhlükəsizlik konfransının rəsmi açılış mərasimi keçirilib

Aprelin 24-də Moskva şəhərində VIII beynəlxalq təhlükəsizlik konfransının rəsmi açılış mərasimi keçirilib.

Müdafiə Nazirliyindən  verilən məlumata görə, Rusiya Federasiyasının Müdafiə Nazirliyi tərəfindən keçirilən tədbirdə 111 ölkədən və müxtəlif beynəlxalq təşkilatlardan mindən artıq nümayəndə iştirak edir.

Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyətinin də iştirak etdiyi forum çərçivəsində keçirilən plenar iclaslarda qlobal və regional təhlükəsizlik məsələləri, sülhməramlı fəaliyyətlər, hərbi əməkdaşlığın genişləndirilməsi, eləcə də müasir dünyada mövcud olan hərbi təhlükələr və təhdidlər müzakirə olunur.

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register