breaking news New

MÜHAFİZƏ KABİNLƏRİNİN DİZAYNINDA 5 ƏSAS MEYAR

Amerika İnşaat Universitetinin üzvü, mühafizə mütəxəssisi Tomas Vonierin ASİS-ə verdiyi müsahibəyə əsasən.8348

Hər kəs daha yaxşı iş yerində çalışmaq, dəyərli, qürurverici bir işin bir hissəsi olmaq, iş yeri ilə fəxr etmək istəyir. Ciddi, etibarlı və zövqlə dizayn olunmuş mühafizəçi kabinləri həm işçinin icra etdiyi işə münasibətini həm də gələn müsafirlərin qorunan obyekt haqqında təsəvvürlərini müsbət tərəfə dəyişə bilər.

Yoxlama məntəqələri mühafizəçilərinin ən ümumi problemlərindən biri cansıxıcılıqdır.  Bu cansıxıcılıq müxtəliflik qıtlığından, hərəkət məhdudiyyətindən, ünsiyyət çatışmazlığından və maraqsız mühitdən  qaynaqlanmış ola bilər. Bu cansıxıcılıq görülən işin lazımsız olması hissini  yaradır ki, bu da güclü demotivasiya üçün səbəbdir. Bunu nəzərə alaraq mühafizəçinin fasilə zamanı normal istirahəti və yoldaşlarıyla məlumat və təəsüratlarını bölə biləcəyi məkanın yaradılması vacibdir.

security booth 2Təhlükəsizlik əməkdaşının iş şəraitinin münasibliyini təmin etmək çox vacib məqamdır. Xidmətin rəisi bir sıra məsələlərə görə birbaşa məsuliyyət daşıyır. Müvafiq ventilasiya sisteminin mövcudluğu, gözqamaşdırıcı işiqlardan və birbaşa gün işığından qorunma, mühafizə zonalarına giriş-çıxışın mümkünlüyü, mühafizəçinin qonaqlarla ünsiyyətə girə bilməsi, ilan, əqrəb və digər canlı təhlükələrdən qoruna bilməsi, şəxsi əşyalarını saxlamaq üçün və fasilələr üçün müvafiq yerin təmin olunması və s. Mühafizəçinin iş şəraiti və müsafirlərlə kontakt nöqtəsi hər iki tərəfin komfortlu şəkildə yoxlama pro­sesinə riayət etməsinə imkan verəcək statusa malik olmalıdır.

Hər hansı işdə  uğur əldə etmənin bir nömrəli şərti təkmilləşmədir. Təh­lükəsizlik kabinlərinin də keyfiyyətli və zamanın tələblərinə uyğun olması üçün daim təkmilləşdirilməsi lazımdır.  Bunun üçün qonaqların və təhlükəsizlik işçi­lərinin fikrini soruşmaq və onlardan alınan məsləhətlərdən yararlanmaq olar.Security booth 3

Qeyd olunmuş məsləhətlərdən yarar­lanaraq təhlükəsizlik kabinlərinin həm xarici həm daxili dizaynında bir sıra dəyişiklikləri vizuallaşdırmaq mümkündür.

 

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register