breaking news New

Nərimanov rayon gənclərinin Respublika veteranları ilə görüşü keçirilib

07 fevral 2019-cu il tarixdə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Nərimanov rayon gənclərinin Respublika veteranları ilə görüşü keçirilib.
Görüşdə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısının müavini İlqar Mirzəyev, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sektorunun müdiri Əli Məmmədov, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Böyük Vətən Müharibəsi veteranı Fatma Səttarova və digər veteranlar, rayon ərazisində fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrinin tələbə-gənclər təşkilatlarının sədrləri və fəal üzvləri iştirak etmişlər.

 

Görüşdə çıxış edən Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov, Təşkilatın Gənclərin Vətənpərvərlik Şöbəsinin müdiri Adil Haqverdiyev, Böyük Vətən Müharibəsi veteranı Fatma Səttarova və digər veteranlar qeyd ediblər ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Böyük Vətən müharibəsi iştirakçılarına daim diqqət və qayğı ilə yanaşır, onların sosial məsələlərinin və problemlərinin həllinə çalışır. Veteranların sosial təminatı yüksək səviyyədə həll olunur, onların yubileyləri qeyd edilir. Natiqlər eyni zamanda gənclərin Azərbaycanın ictimai-siyasi həyatındakı rolundan danışmışlar. Bildirmişlər ki, gənclərin zəngin həyat təcrübəsinə malik veteranlardan öyrənmək, veteranlar isə gənc nəslin nümayəndələrinə öz tövsiyələrini vermək baxımından belə görüşlərin əhəmiyyəti böyükdür.

Sonra çıxış edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısının müavini İlqar Mirzəyev, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sektorunun müdiri Əli Məmmədov, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, rayonun fəal gənci, “ARES” psixologiya mərkəzinin direktoru Nigar Kərimova, Azərbaycan Dövlət İqtisad Universitetinin magistri Rəşad Bayramov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin  Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Əhməd Ağababayev və digər çıxışçılar qeyd etdilər ki, gənclərin ölkənin inkişafının davamlılığında, dövlətimizin qarşısında duran problemlərin həllində üzərinə böyük məsuliyyət düşür. Gənclər ölkənin inkişafı naminə öz potensiallarını səfərbər etməli, siyasi cəhətdən daha da yetkinləşməli, Azərbaycanın etibarlı gələcəyinin qurulmasında yaxından iştirak etməlidirlər. Onlar daxili sabitliyə, xalqın birliyinə qarşı yönəlmiş yad təsirlərdən özlərini qorumağı bacarmalı, belə hallarla inamla mübarizə aparmalıdırlar. Natiqlər sonda gənclərin onlara göstərilən etimadı doğruldulacağına, layiqli vətəndaş olacaqlarına əminliklərini bildirdilər.

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register