breaking news New

YOLDA TƏHLÜKƏSİZLİK

Azərbaycanda son illər yol nəqliyyat hadisələrinin sayı dəhşətli dərəcədə artıb. Dövlət Yol Polisinin statistik məlumatlarına əsasən 2013-cü ildə 2846 yol qəza hadisəsi baş vermişdir.

          Əziz oxucu, yol təhlükəsizliyi rubrikasını yaratmaqla məqsədimiz  sizə yol hərəkəti qaydaları, yolda təhlükəsizlik qaydalarına əməl etmənin əhəmiyyəti və yolları, yol qəza hadisələri və digər bu kimi məsələlər haqda məlumat vermək, sizi təhlükəsiz və rahat yol səyahətlərinə hazırlamaqdır.  Bu rubrikanın ilk məqaləsini yol qəzaları statistikasına və yol təhlükəsizliyinin ümumi müddəalarına həsr edirik. Bu məqalədə siz 2013, 2014, 2015-ci il üçün yol qəzalarının sayı, həlak olanlar və xəsarət alanların sayı və səbəbləri  haqda məlumat alacaqsınız. 

statistika          Azərbaycanda son illər yol nəqliyyat hadisələrinin sayı dəhşətli dərəcədə artıb. Dövlət Yol Polisinin statistik məlumatlarına əsasən 2013-cü ildə 2846 yol qəza hadisəsi baş vermişdir. Bu hadisələr zamanı 2948 nəfər müxtəlif dərəcəli xəsarətlər almış, 1164 nəfər isə dünyasını dəyişmişdir. 2014-cü ildə bu statistika 2606 hadisə, 2727 xəsarət almış və 1121 dünyasını dəyişmiş şəxs şəklində  dəyişmişdir. Cari il üçün baş vermiş yol qəza hadisələrinin sayı ilk 6 ay üçün artıq 1045-ə, bu hadisələrdə dünyasını dəyişmiş insanların sayı isə 407-yə, xəsarət alanlar isə artıq 1117-yə yetişmişdir. Trend.az saytının məlumatına əsasən qəzaların 51% piyadaların iştirakı ilə, 47% isə sürət həddinin aşılmasından yaranan qəzalardır. Bu rəqəmlər həqiqətən yol nəqliyyat qəzalarının sayının Azərbaycanda həll olunnmalı olan ən vacib məsələlərdən biri olmasını bir daha gündəmə gətirir.

Rebecca Droke/Post-Gazette-- Thursday, November 13, 2014-- New Alexandria and Crabtree Vol. Fire Depts. along with others comfort and work to extract a woman who was trapped in her flipped over SUV along Rt. 22 at the intersection of Rt. 119 in Westmoreland County on Thursday, November 13, 2014. The SUV collide with another vehicle at the intersection. LOCAL

Son illər yol qəzalarının sayının azaldılması məqsədi ilə bir silsilə qarşılayıcı tədbirlər görülmüşdür. Cərimələrin artırılması, yol hərəkət nişanlarının yenilənməsi, yer altı və yer üstü keçidlərin inşa olması və s. bu silsilədəndir. Lakin, görünür bu tədbirlər həm sürücülərin həm də piyadaların ayıq sayıqlığını tam təmin etmək üçün kifayət etmir. Yuxarıda qeyd olunmuş rəqəmlər bu hadisələrin səbəbləri haqda bir daha düşünmək, məsələyə daha dərindən baxmaq, kökündə duran səbəbləri müəyyən etməyə çalışmaq zərurəti yaradır.

Belə ciddi rəqəmlərin yaranmasına səbəb nə olmuşdur? Bu qədər insan tələfatına, xəsarət almasına, ağır maddi zərərə və neçə-neçə ailənin kədər və göz yaşlarına səbəb olan bu hadisələrin qarşısını almaq niyə mümkün olmur?! Səbəblər nədir? Parklama üçün yerlərin az olması, ya sürücələrin sürət həddini düzgün seçməməsi, yoxsa, piyadaların və sürücələrin yol hərəkət qaydaları ilə kifayət qədər tanış olmaması, bəlkə, piyadaların lazımi dərəcədə maarifli olmaması… Bilinmir, məlum olan ancaq bu dəhşət doğuran rəqəmlərdir. O rəqəmlər ki, bizim hər birimizi, həm nəqliyyat sürücülərini, həm piyadaları, həm sərnişinləri əhatə edir.

crash2Bizim hər birimiz bu və ya digər formada bu zəncirin  bir bəndləri, bu sistemin tərkib hissələriyik. Təbii olaraq, hər birimiz bu baş verənlərə görə məsuliyyət daşıyırıq və müvafiq olaraq meydana gəlmiş vəziyyəti  aradan qaldırmaq da bizim öhdəmizə düşür. Daha məsuliyyətli olmaq, yol hərəkət qaydaları ilə daha ətraflı tanış olmaq, uşaqları az yaşlarından maarifləndirmək, yol hərəkəti qaydalarına tam əməl etmək və ətrafımızdakı hər kəsdən də bunu tələb etmək, bir sözlə, yol nəqliyyat mədəniyyəti yaratmaq və ona ciddi şəkildə riayət etmək bu yolda etməli olduğumuz ilk və ən vacib əməldir.

 

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register