breaking news New

Rusiyanın raket sistemi NATO-da qorxu yaratdı

 Qərblə Rusiya arasında  hərbi sferada gərginlik davam edir. Modern.az -ın verdiyi xəbərə görə, Almaniyanın nüfuzlu “Die Welt” nəşri Rusiyanın 9M729 raket sistemlərinin NATO-da qorxu yaratdığını yazıb.

Əslində Rusiya bu tip raket sistemləri ilə 1987-ci ildə imzalanmış müqavilənin şərtlərini pozur.Moskva isə bütün ittihamları rədd edir, eyni tonda və məzmunda Qərbi təqsirləndirir.Qeyd edək ki, yaxın və orta mənzilli raketlərin ləğvi üzrə müqavilə 1987-ci ili dekabrın 8-də ABŞ prezidenti Ronald Reyqan və SSRİ rəhbəri Mixail Qorbaçov tərəfindən imzalanıb.Müqavilə hər iki ölkənin mənzili 500-5500 km olan balistik raketləri məhv etməsini şərtləndirir.Belə ki, müqavilə yalnız yerüstü silahlanmaya aiddir, bura sualtı gəmilərdən və təyyarələrdən atılan mərmilər daxil deyil.

İndi isə əsas iddia ondan ibarətdir ki, Rusiya daha güclü qanadlı raketlər hazırlayıb və məhz 9M729 raketləri eyni zamanda “İsgəndər” sistemindən də buraxıla bilər.

“ST Analytics” şirkətinin rəhbəri, hərbi ekspert Markus Şiller qeyd edir ki, bu raket sistemində texniki nöqteyi-nəzərdən gözlənilməzlik olmayacaq.

“9M729 raketi 500 kilometrdən çox  məsafələr üçün nəzərdə tutulmağına və müqavilənin şərtlərinin pozulmasına baxmayaraq texniki baxımdan sürprizlər olmayacaq. Bu raketlər texniki baxımdan çox uğursuz formada hazırlanır”-deyə Markus Şiller bildirib.

 

 

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register