breaking news New

“Sabahın alimləri” yenidən ən nüfuzlu bilik yarışında

2019-cu ildə ölkəmizi Intel ISEF-də “Sabahın alimləri” VIII respublika müsabiqəsinin qalibləri arasından seçilmiş 7 şagird 5 layihə ilə təmsil edəcək.

Təhsil Nazirliyindən bildirilib ki, mayın 12-dən 19-dək ABŞ-ın Arizona ştatının Finiks şəhərində keçiriləcək Intel ISEF-də Bakı Avropa Liseyinin XI sinif şagirdi Zamin Hüseynov, akademik Zərifə Əliyeva adına liseyin XI sinif şagirdi Vaqif Məmmədzadə, Bakı şəhəri 177 nömrəli tam orta məktəbin X sinif şagirdi Selcan Nurullayeva, Bakı şəhəri 283 nömrəli tam orta məktəbin X sinif şagirdi Reyhan Camalova, akademik Zərifə Əliyeva adına liseyin X sinif şagirdi Zəhra Qasımzadə, eləcə də akademik Zərifə Əliyeva adına liseyin X sinif şagirdi Ruslan Bayramov, Təhsil Nazirliyinin tabeliyindəki 6 nömrəli məktəb-liseyin X sinif şagirdi Nigar Baxşəliyevanın iştirakı nəzərdə tutulur.

Xatırladaq ki, “Sabahın alimləri“ VIII respublika müsabiqəsi fevralın 12-dən 14-dək Bakı şəhərində keçirilib. Ümumilikdə müsabiqənin final mərhələsində indiyədək 1187 şagird iştirak edib, onlardan 529-u müsabiqənin müxtəlif mükafatlarına layiq görülüb. Müsabiqənin qalibləri sırasından seçilən ən ümidverici gənclərimiz ABŞ-da, hər il dünyanın 75 ölkəsindən 1800-dən çox şagirdin iştirak etdiyi Intel ISEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisinə göndərilir.

2018-ci ildə ABŞ-ın Pitsburq şəhərində keçirilən müsabiqədə akademik Zərifə Əliyeva adına liseyin X sinif şagirdi Cavid Hüseynzadə və həmin liseyin IX sinif şagirdi Ceyla Hüseynzadənin hazırladıqları “TreLop” layihəsi proqramlaşdırma sahəsində mükəmməl layihə kimi “Oracle” Akademiyasının 5000 ABŞ dolları məbləğində xüsusi mükafatına layiq görülüb.

Həmçinin həmin liseyin digər şagirdləri Adnan Bünyatov və Əliağa Abdullayevin hazırladıqları “Neftin fiziki-kimyəvi xassələrinin dəyişdirilməsində elektromaqnit sahəsinin rolu” layihəsi “BMT-nin dayanıqlı inkişaf hədəfi” nominasiyasında UNESCO-nun nəzdində Ukrayna Milli Mərkəzi – Kiçik Elmi Akademiyası tərəfindən mühüm tədqiqat kimi 1000 ABŞ dolları məbləğində xüsusi mükafata layiq görülüb.

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register