breaking news New

Samir Cavadov: “Sahibsiz itlərin küçədə rahat gəzməsi heç də ictimaiyyətin heyvanlara qarşı məhəbbətinin təzahürü deyil.”

Adətən gizli, gözə çarpmayan problemləri öyrənmək üçün araşdırma aparmaq lazım olur. Amma, son zamanlar sahibsiz itlərin sayının artması və onların insanlara hücumu faktları xeyli çoxaldığını adi baxışla da görmək olur. Dünən xəbərlərdə eşitdim ki, təkcə bu ilin 3 ayı ərzində küçə itlərinin insanlara 4909 hücum faktı qeydə alınıb.

Mən özüm itləri çox sevirəm. İtlərin məhv olunmasına qətiyyətlə etiraz edirəm. Amma bu vəziyyət normal deyil. Şəhər hakimiyyəti təcili tədbirlər görməlidir. Ümumiyyətlə, müasir şəhərdə sahibsiz heyvanların küçədə olması qəbul olunmazdır.

Bəli, Heydər Əliyev Fondunun və Bakı Şəhər İcra Hakimiyyətinin birgə layihəsi çərçivəsində paytaxtın Balaxanı qəsəbəsində yaradılan “Toplan” sahibsiz itlərə qayğı mərkəzi bir çox işlər görür, itləri mərkəzdə yerləşdirirlər, onlara peyvənd vururlar, yedizdirirlər, müalicə edirlər.

Amma, görünür, bütün bunlar problemin həllinə kifayət etmir, çünki Bakıda sahibsiz itlərin sayı mərkəzin özündə sığışdıra biləcək sayından xeyli artıqdır.

Sahibsiz itlərin küçədə rahat gəzməsi heç də ictimaiyyətin heyvanlara qarşı məhəbbətinin təzahürü deyil. Əksinə, biganəliyin göstəricisidir. İnsan isə, sevdiklərinə qarşı biganə qala bilməz.

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register