breaking news New

DİQQƏT – SAXTA DƏRMAN!

Saxta dərmanlar hər hansı bir ad altında müvafiq icazə olmadan satışa çıxarılan dərmanlardır. Saxtalıq həm brend adına həm də məhsulun öz keyfiyətinə aid ola bilər. Saxta məhsullar aktiv tərkib hissələrsiz, az və ya əksinə çox aktiv tərkib hissəli, səhv inqredientli və ya yalnış qablaşdırmalı ola bilər.

Saxta dərmanların qəbulu hansı risklərə yol açır?

Saxta dərman qəbul etmiş şəxs sağlamlıqla bağlı bir sıra risklərə məruz qalmış ola bilər. Xəstə gözlənilməyən yan təsirlərə, allergik reaksiyalara və ya səhhətində pisləşmələrlə üzləşə bilər. Bəzi saxta məhsullar tərkibində heç bir aktiv inqredient daşımır və ya əksinə yalnızca inert, fəaliyyətsiz tərkib hissələrindən ibarət olur. Bir sıra saxta dərmanlar yalnış dozalaşmalı ola bilər və ya təhlükəli tərkibə malik ola bilər.

Psychiatric medications have to be taken every day, and they often take several weeks to start working. (Photo courtesy Fotolia/TNS) ORG XMIT: 1170005

Saxta dərmanlar dünyada çoxmu yayılmışdır?

Məlum problemin tam həcmi məlum deyil. Saxtakarlıq müəyən olunması, araşdırılması və ölçülməsi çətin sahələrdəndir. Bu səbəbdən də problemin real sərhədlərini müəyyən etmək çətindir. Məlum olan saxta dərmanlara dünyanın hər yerində rast gəlindiyi və xüsusəndə inkişaf etməkdə olan ölkələrdə yayılmış olmasıdır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən saxta dərmanlara inkişaf etmiş ölkələrdə 1%-ə qədər təsadüf edildiyi halda inkişaf etməkdə olan ölkələr üçün bu faiz göstəricisi  daha artıqdır.

Hal-hazırda internetdən və ya digər ölkələrdən dərman idxal edən istehlakçıların narahatçılığına ehtiyac varmı?

İnternet vasitəsi ilə dərman satışı ilə məşğul olan istehsalçıların dəqiq yerləşmə nöqtələri və müvafiq sertifikata sahib olub-olmaları məlum deyil. Rəsmi sertifikata malik olmalarına əmin olmadığınız veb səhifədən alış veriş etməyiniz qətiyyən məsləhət olunmur.

Əczaçılar, həkimlər və digər səhiyyə peşəkarları saxta dərmanları necə müəyyən edə bilər?

Əczaçılar, həkimlər və digər səhiyyə peşəkarları tez-tez saxtalaşdırılan dərmanlarla və saxtalaşdırma üsulları ilə tanış olmalıdırlar. Həkimlər xəstələrin dərman qəbul etdikdən sonra səhhətində yaranan problemlər və yan  təsirləri nəzarətdə saxlamalı habelə, dərmanın qablaşması, xarici görünüşü və ya dadının uyğunsuzluğu haqda məlumat aldıqda dərhal  müvafiq orqanlara məruzə etməlidirlər.

2İstehlakçılar saxta dərmanlardan  özlərini qorumaq üçün nə edə bilərlər?

İstehlakçılar özlərini saxta dərmanlarla bağlı risklərdən qorumaq üçün dərmanları yalnızca dövlət qeydiyyatından keçmiş, lisenziyalı farmakoloji müəsissələrdən əldə etməlidirlər. Dərmanları istifadə etməzdən əvvəl qablaşdırmada və ya dərmanların görünüşündə şübhəli bir şeyin olmamasına diqqətli olmaq gərəkdir.

Özünü saxta dərmanlardan necə qorumalı?

Əgər aldığınız dərman məhsulunun saxta olmasından şübhələnirsinizsə əczaçı ilə əlaqə saxlayın, onlar istehsalçı barədə və son zamanlarda məhsulun qablaşdırılmasında və ya görünüşündə hər hansı dəyişikliyin olması haqda məlumatlı olmalıdırlar.

Saxta dərmanların yayılmasının qarşısını almaq üçün hər hansı perspektivli texnologiyalar varmı?

Bu sahədə fayadalı ola biləcək bir neçə texnologiya var, bunlardan radio tezlikli tanıma prinsipi ilə çalışan vasitələr xüsusi diqqətə layiqdir. Radio dalğalar avtomatik olaraq məhsulun üzərindəki etiket nişanını oxuyur. Bu etiketlərin üzərində seriya nömrəsi həkk olunur ki, onun əsasında məhsulu tam izləmək mümükündür. Bu texnologiyaların tətbiqi lisenziyasız və müvafiq qaydalara əməl olunmadan istehsal olunmuş məhsulların dövriyyədən çıxarılmasına çox müsbət təsir göstərə bilər.

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register