breaking news New

“SOCAR karbamid” mart ayından tam gücündə işləyəcək

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa etdiyi “SOCAR karbamid” zavodu bu ilin mart ayından tam gücü ilə işləməyə başlayacaq.

Oxu.Az xəbər verir ki, zavodunun direktoru Xəyal Cəfərovun sözlərinə görə, tam gücü ilə işləməyə başlayandan sonra ixrac üçün imkan da yaranacaq.

Bundan əvvəl isə daxili tələbatın ödənilməsi hədəf seçilib. X.Cəfərov bildirib ki, ildə 500 min ton karbamidin ixracı nəzərdə tutulur və bu həcmin böyük hissəsi Türkiyə bazarına yönəldiləcək:

Xəyal Cəfərov ixracın həm yük avtomobilləri, həm də Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu xətti ilə həyata keçiriləcəyini qeyd edib.

Onun sözlərinə görə, hazırda BTQ-yə birləşdiriləcək təxminən 800 metr uzunluğunda dəmiryolu xətti inşa edilir.  “Bu xəttin inşasının altı aya yekunlaşması gözlənilir. Məhsulun BTQ vasitəsilə ixracı ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC ilə danışıqlar aparılır. Əvvəlcə ixrac böyük tonnajlı avtomobillər vasitəsilə həyata keçiriləcək. Lakin həcmin çoxluğu və müəyyən qənaət baxımından dəmiryolu sərfəli olduğundan ona daha çox üstünlük veriləcək”.

Karbamidin qiyməti ilə bağlı Xəyal Cəfərov qeyd edib ki, hazırda Qara dəniz bazarında karbamidin bir tonunun qiyməti 320-350 dollar civarındadır və bunun artacağı gözlənilir.

Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunmuş “SOCAR karbamid” zavodu yanvarın 16-da istifadəyə verilib. Zavod il ərzində 650-660 min ton karbamid məhsulu istehsal etmək gücündədir və bu həcmin 70 faizi ixrac üçün nəzərdə tutulur. Nəticədə ölkəyə hər il 160 milyon dollara qədər əlavə gəlir gələcək.

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register