breaking news New

Təcrübə Proqramı

“TitanD” şirkəti İctimai Əlaqələr sahəsində təcrübə proqramına müsabiqə elan edir.

Müsabiqədə Universitetləri yeni bitirmiş məzunlar və 4-cü kurs tələbələri iştirak edə bilər. Təcrübə proqramının müddəti iki aydır.

Namizədlərə tələblər aşağıdakılardır:

  • Azərbaycan dilini mükəmməl bilmək (şifahi və yazılı)
  • Qüsursuz danışıq qabiliyyəti
  • Ünsiyyətcil və təşəbbüskar olmaq
  • Sosial mediada işləmək və işgüzar yazışma bacarığı
  • Bu sahədə işləmək həvəsi
  • İngilis və ya Rus dilini bilmək üstünlükdür

Təcrübə proqramından əldə edə biləcəyiniz faydalar:

  • Təcrübəçilər təcrübə zamanı işgüzar bacarıqlar, komandada işləmək bacarığı, şirkətin reklam strategiyasının müəyyənləşdirilməsi, sosial şəbəkələrlə iş və digər sahələrdə təcrübə toplamaq imkanını əldə edəcəklər.
  • Təcrübə proqramını müvəffəqiyyətlə bitirmiş şəxslərə bu haqda müvafiq arayış və xasiyyətnamə veriləcək.
  • Təcrübə proqramı qismən ödənişlidir (nahar və nəqliyyat xərcləri qarşılanır).
  • Xüsusi fərqlənən təcrübəçinin şirkətdə daimi işlə təmin olunma perspektivi

CV-ləri samir.javadov@titand.az email ünvanına göndərməyiniz xahiş olunur.

Tel: (012)488-07-88

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register