breaking news New

TƏLİM VƏ İNKİŞAF PROSESİ

Hər bir uğurlu şirkət əməkdaşlarının öz vəzifə öhdəliklərini düzgün yerinə yetirməsində əmin olmaq istəyir. Namizədlərin seçilməsi və işə götürülməsi prosesi doğru və düzgün insanların işə alınması ilə başlayır. Amma, hətta işə tam yarayan şəxs şirkətdə hansı işi görməli olduğunu öyrənmək üçün, müvafiq təlimlər keçməlidir. Təlimlərin olmaması şirkətdə səmərəliliyin aşağı enməsinə, müştərilərin itirilməsinə, işçilər və rəhbərlik arasında əlaqənin zəifləməsinə gətirib çıxara bilər. Eyni zamanda, təlimlərə lazımi önəmin verilməməsi insanların işlədikləri işi ilə bağlı qeyri-məmnunluq hissi, işlərini dəyişmək istəyi, eləcədə yüksək işçi axını ilə nəticələnə bilər. Bütün bunlar isə, son nəticədə, şirkətin maddi itkilərinə gətirib çıxarır.

“TitanD” mühafizə müəssisəsində təlim və inkişaf prosesi şirkətin qəbul etdiyi “Təlimlər və Səriştələrin Qiymətləndirilməsi Planı”-na əsasən təşkil edilmişdir. Burada gedən işlər əsas iki istiqamətdədir – təlimlərin keçirilməsi və əməkdaşların bilik və bacarıqlarının (peşə səriştələrinin) öyrənilməsi. Təlimlər “Mühafizəçilərin xüsusi hazırlığı proqramı” əsasında keçirilir. Proqram Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 11.03.2011-ci il tarixli 432 saylı Əmri ilə təsdiq edilmişdir. Təlimlərdə əməkdaşlara təhlükəsizlik xidmətinin hüquqi əsasları ilə yanaşı, xüsusi bilik və bacarıqlar, o cümlədən, fundamental insan haqları, təhlükəsizlik əməkdaşları üçün Beynəlxalq Davranış Kodeksi, ilk tibbi yardım, yanğınsöndürmə, SƏTƏM, ingilis dili və digər maraqlı və faydalı mövzular keçirilir.

Müvafiq cədvələ əsasən, əməkdaşların peşə səriştələri də müntəzəm olaraq yoxlanılır. Təhlükəsizlik əməkdaşlarının daim peşəkar qalması üçün onların bilik və bacarıqları, ingilis dili səviyyəsi, yaddaşı, düzgün qərar vermək bacarıqları və fiziki hazırlıq səviyyəsi xüsusi testlər və normativlər vasitəsi ilə öyrənilir. Aşkar olunmuş bu və ya digər zəifliklərin aradan qaldırılması üçün növbəti təlimlərdə bu sahələrə daha çox diqqət yetirilir.

Beləliklə də, öyrənmə və inkişaf durmadan davam edir. Bunun nəticəsində, şirkətdə çalışan orta səviyyəli rəhbərlərin əksəriyyəti bu vəzifələrə sıravi əməkdaşdan yüksəliblər.

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register