breaking news New

“Technofusion” şirkəti Bakı Mühəndislik Universiteti ilə əlaqə qurur

Bakı Mühəndislik Universitetinin (BMU) müəssisələrlə əlaqələr və karyera departamentinin əməkdaşları “Technofusion” şirkətinin inzibati və insan resursları şöbəsinin rəhbəri Zemfira Əliyeva ilə görüşüblər.

Görüşün əsas məqsədi şirkət ilə universitet arasında əlaqələrin yaradılması və inkişaf etdirilməsidir.

Tələbələrin şirkətin təcrübə proqramlarına cəlb edilməsi, həmçinin vakant yerlərə məzunların işlə təmin olunması və şirkətin təcrübəli əməkdaşlarının universitetdə keçiriləcək təlimlərdə iştirakı barədə tərəflər arasında razılıq əldə edilib.

“Technofusion” şirkəti 2016-cı ildə yaradılıb və o vaxtdan etibarən Azərbaycan, Gürcüstan və Mərkəzi Asiya ölkələrində müştərilərə yüksək səviyyəli inteqrasiya və məsləhət xidmətləri təqdim edir. Şirkətin “Cisco”, “Oracle”, “Lenovo”, “IBM”, “Dell”, “Huawei”, “Microsoft”, “Palo Alto Networks”, “SAP”, “Zebra Technologies” və digər sənaye liderləri kimi tanınan dünyanın aparıcı informasiya kommunikasiya texnologiyaları təchizatçıları ilə tərəfdaşlıq əlaqələri mövcuddur.

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register