First Aid

İlk Tibbi Yardım (1-ci səviyyə)

Müddəti: bir gün

Sertifikatın etibarliliq müddəti: 2 il

Hədəf auditoriya: bütün personal, işçilər və menecerlər

Məqsəd: kurs dinləyicilərinə peşəkar həkim gələnə qədər hadisə yerində yaralıya ilk yardım göstərilməsi bacarıqlarını öyrətmək. Kurs həmçinin xüsusi şəraitə və fövqəladə hadisələrin növünə görə uyğunlaşdırıla bilər.

first-aid-training

Nəticə: kursun sonunda dinləyicilər aşağıdakı bacarıqlara nail olacaqlar:

  • İlk yardımın göstərilməsinin əsas prinsiplərini anlamaq
  • Ürək ağ ciyər reanimasiyası (ÜAR)
  • Qanaxmanı dayandırmaq
  • Avtomatlaşdırılmış Xarici Defibrilliasiya barədə məlumat (AXD)
  • Elektrik vurması, yanıqlar, günvurma, istivurma, isterik və epileptik tutmalar zamanı ilk yardım göstərilmək
  • Insult, huşun itirilməsi, şok, zəhərli ilanların və quduz heyvanların dişləməsi zamanı ilk yardım göstərmək

Məzmun:  

  • İlk yardımın məqsədləri
  • Zərər çəkmişin vəziyyətinin qiymətləndirilməsi, hadisə yerinin müayinəsi, təhlükəsizlik qaydaları
  • Həyatın və ölümün əlamətləri. İnsanın qan dövranı və tənəffüs sistemi ilə tanışlıq
  • Süni nəfəs vermə prosedurası. Süni nəfəs vermə vasitələri
  • Ürək-damar sistemi ilə tanışlıq. Ürəyin masajı növləri.
  • Travmaların növləri
  • Qanaxmalar, daxili və xarici qanaxmalar. Qanaxmaların növləri və onların müəyyən edilməsi
  • Zərər çəkmişin daşınması
  • Sancmalar və dişləmələr. Quduz heyvanın dişləməsi hadisəsi zamanı ilk yardım
  • Zəhərli ilanların və həşəratların dişləməsi və sancması
  • Şimşək və elektrik vurması
  • Qıcolma halları
  • Termal şok və günvurma
  • Donma
  • Nəfəs yolunun qida qalıqları və ya yad cisim ilə tutulması (zərər çəkmiş huşlu vəziyyətdədirsə)
  • Nəfəs yolunun qida qalıqları və ya yad cisim ilə tutulması (zərər çəkmiş huşsuz vəziyyətdədirsə)
  • Nəfəsin qısa müddətli kəsilməsi
  • Təngnəfəslik
  • İlkin yardım avadanlığının seçilməsi, idarə olunması və qulluq göstərilməsi

Qiymət: 45.0 AZN (ƏDV daxil) bir dinləyici üçün

Qrupda dinləyicilərin sayı: 6-12 nəfər

Sertifikat: Kursun sonunda bütün dinləyicilərə sertifikatlar verilir.

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register