breaking news New

Ukraynada “Water Summer Activity 2019” festivalı çərçivəsində Azərbaycanın təqdimatı baş tutub

Ukraynanın paytaxtı Kiyev şəhərində keçirilən “Water Summer Activity 2019” festivalı çərçivəsində 15 İyun – Milli Qurtuluş Günü münasibətilə Azərbaycanın təqdimatı baş tutub.

Azərbaycanın Ukraynadakı səfirliyinin təşəbbüsü ilə keçirilən təqdimatda diplomatik korpusun, beynəlxalq təşkilatların nümayəndələri, ictimai xadimlər, yerli KİV-lərin təmsilçiləri iştirak ediblər.

Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev təqdimatda çıxış edərək ümummilli lider Heydər Əliyevin müəllifi olduğu müasir müstəqil Azərbaycanın inkişaf strategiyası haqqında məlumat verib. Bildirib ki, Azərbaycan xalqının təkidli tələbi ilə hakimiyyətə gələn Ulu Öndər ölkəmizdə vətəndaş müharibəsinin qarşısını aldı, düzgün siyasi və iqtisadi strategiyası nəticəsində ölkəmizin uğurlu gələcəyinin bünövrəsini qoydu. Bunun nəticəsidir ki, Azərbaycan dünyada ən dinamik inkişaf edən ölkələr sırasındadır. Bu gün Azərbaycanda milli birlik mövcuddur. Bütün bunlar ulu öndər Heydər Əliyevin zəhmətinin bəhrəsidir. Ümummilli Liderin siyasətini bu gün Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam etdirir.

Səfir çıxışında, həmçinin Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətindən də danışıb.
Təqdimat zamanı qonaqlar Azərbaycanın milli musiqisi və mətbəxi ilə tanış olublar. Azərbaycanlı aşpaz Günay Hüseynovanın təqdim etdiyi dolma, şah plov, qutab, paxlava, şəkərbura iştirakçıların zövqünü oxşayıb. G.Hüseynova tədbir ərəfəsində milli yeməklərin hazırlanmasına dair ustad dərsi keçib. Soydaşımız Emin Səmədlinin ifası qonaqların alqışına səbəb olub.

 

 

Tədbirdə İrəvan xanlığı və Qarabağ haqqında kitablar təqdim edilib, azərbaycanlı rəssam Əsgər Cavadovun əsərləri nümayiş olunub.

Təqdimatdan sonra səfir yerli kanallara müsahibə verib.

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register