breaking news New

“Mənim tanıdığım Vaqif” sənədli filmin təqdimatı keçirildi

Oktyabrın 25-də Nizami Kino Mərkəzində “Mənim tanıdığım Vaqif” sənədli filminin təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyi və “BP Azərbaycan” şirkəti tərəfindən ərsəyə gələn sənədli film caz ustası Vaqif Mustafazadənin xatirəsinə həsr edilib.

Ekran əsərinin nümayişindən əvvəl keçirilən mətbuat konfransında BP-nin Bakı ofisinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı filmin əhəmiyyətindən söz açıb. T. Bayatlı bildirib ki, film təmsil etdiyi qurumun son illər reallaşdırdığı sosial və mədəni layihələrdən biridir.

Filmin ssenari müəllifi Füzuli Sabiroğlunun sözlərinə görə, Vaqif Mustafazadə haqqında bir sıra ekran əsərləri çəkilib, bu dəfə isə Vaqif Mustafazadə sənətinə xaricdən baxış özünü göstərir.

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətə Əlaqələr şöbəsinin əməkdaşı Türkan Rüstəmova son illər nazirlik tərəfindən həyata keçrilən bir sıra layihələrdən söz açıb. T. Rüstəmova qeyd edib ki, filmin Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Mədəniyyət Fondunun birgə təşkilatçılığı ilə ənənəvi Bakı Beynəlxalq Caz Festivalı günlərində təqdimatı əlamətdardır.

Daha sonra ekran əsərinin təqdimat mərasimi keçirilib. Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev, dövlət və hökumət nümayəndələri iştirak edib.

BP-nin Azərbaycan, Türkiyə və Gürcüstan üzrə regional prezidenti Qordon Birrel, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, teleaparıcı Rahib Azəri Vaqif Mustafazadənin sənətindən, Azərbaycanın zəngin musiqi ənənələrindən danışıblar.

Qeyd olunub ki, film Vaqif Mustafazadənin sənətinin əbədiləşməsinə və onun böyük istedadına dünya miqyasında olan hörmətə verilmiş qiymətli töhfə olacaq.

14774119356152315540_1000x669

a4cfb0ebf6964e2a7fb844a391a22ab7

d239ecdfa43310ddcc2565386416df32

d7693825f7eef2045ccdf01f7c4d51b8

14774119354030110508_1000x669

147741193559016677_1000x669

8421f03e85f9b1a139e6f768577a7686

485e17997d77370d5b776af96660ecdf

 

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register